Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Biləsuvarda “Stadionlar səssiz olanda” filmi nümayiş olunub

21.11.2024

 

Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan futbolunun veteranı, məşqçi Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” filminin nümayişi olub.

 

Filmi rayon ictimaiyyəti ilə yanaşı Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, filmin quruluşçu rejissoru Əli-Səttar Quliyev, icraçı prodüser Mehman Fətullayev və baş rolun ifaçısı Səmimi Fərhad da izləyib.

 

Nümayişdən əvvəl çıxış edənlər filmdə 51 yaşlı mütəxəssisin XX əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyətinin əks olunduğunu bildirərək, bu işdə onlara dəstək olan hər kəsə minnətdarlıqlarını bildiriblər. 

 

Qeyd edək ki, filmin təkrar nümayişi 22 noyabr, saat 16:00-da Heydər Əliyev Mərkəzində baş tutacaq.