
26.05.2026
Mayın 26-da Hacıqabul rayon mədəniyyət müəssisələri və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə bayram tədbiri keçirilib. Hacıqabul rayon Mədəniyyət Mərkəzinin qarşısında təşkil olunan geniş konsert proqramında rayon ictimaiyyəti, mədəniyyət işçiləri, gənclər və sakinlər iştirak ediblər.
Çıxış edənlər Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının xalqımızın tarixində mühüm dönüş nöqtəsi olduğunu qeyd edərək, 28 May – Müstəqillik Gününün milli dövlətçilik ənənələrinin formalaşmasında xüsusi rol oynadığını vurğulayıblar. Bildirilib ki, xalqımız əsrlər boyu azadlıq və müstəqillik uğrunda mübarizə aparıb, bu müqəddəs dəyərlərin qorunması naminə böyük fədakarlıqlar göstərib.
Konsert proqramında rayonun incəsənət nümayəndələri, müğənnilər və bədii özfəaliyyət kollektivləri tərəfindən vətənpərvərlik ruhunda mahnılar səsləndirilib, müxtəlif rəqs nömrələri təqdim olunub. Təqdim olunan çıxışlar tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.