
15.02.2026
Neftçala şəhər Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rəsm şöbəsinin şagirdlərinin əl işləri və rəsmlərindən ibarət sərgi təşkil olunub.
Sərgidə məktəbin müəllim və şagirdləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir zamanı balaca rəssamların xəyal dünyasında canlandırdıqları müasir şəhər mənzərələrini, tarixi memarlıq nümunələrini və gələcəyin yaşayış məkanlarını əks etdirən əsərlər nümayiş etdirilib.