Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Regional Mədəniyyət İdarəsinin əməkdaşları şəhid anası Sevgül Salahovanı təbrik edib

19.03.2025

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, idarə əməkdaşları və Salyan rayon mədəniyyət işçiləri Vətən müharibəsi şəhidi Sabir Salahovun anası Sevgül Salahovanı doğum günü münasibətilə ziyarət edib.
İdarə rəisi Şahin Şahbazov şəhidin anasını təbrik edərək ona möhkəm can sağlığı arzulayıb. Sonra şəhid anasına xatirə hədiyyələri təqdim edilib, Sabir Salahovun şəxsi əşyalarından ibarət xatirə guşəsi ziyarət olunub.
Qeyd edək ki, Sevgül Salahova Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Salyan rayon Mərkəzi Kitabxanasının əməkdaşıdır.