Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

2 Fevral – Azərbaycan Gəncləri Günü mədəniyyət müəssisələrində qeyd olunub

03.02.2025

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, rəsm qalereyaları, tarix-diyarşünaslıq muzeyləri və kitabxanalarda Gənclər Gününə həsr olunan tədbirlər, dəyirmi masalar və sərgilər təşkil olunub.

Tədbirlərdə çıxış edənlər əlamətdar gün münasibətilə gəncləri təbrik edib, Azərbaycanın çiçəklənməsi naminə onlara uğurlar arzulayıb, bu günün təsis olunmasının önəm və əhəmiyyətindən söz açıblar. Qeyd olunub ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bugün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasəti uğurları ilə diqqət çəkir.

Tədbirlərdə çıxışlardan sonra  Gənclər Gününə həsr olunan gənc rəssamların əl işlərindən ibarət sərgi nümayiş olunub, gənclər arasında maraqlı, əyləncəli yarışlar keçirilib, "Heydər Əliyev-müasir Azərbaycan gəncliyi" mövzusunda film nümayiş etdirilib.
Sonda bölgələrdə mədəniyyət sahəsində fəal iştirakına görə gənclər fəxri fərmanlarla təltif edilib.