
29.10.2025
Salyan rayon Mədəniyyət Mərkəzində görkəmli Azərbaycan şairi, dramaturq, Xalq şairi Rəsul Rzanın anadan olmasının 115 illik yubileyinə həsr olunan "Nəğmələrdə yaşayan şair" adlı ədəbi-bədii gecə keçirilib.
Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin Salyan rayonu üzrə nümayəndəsi, baş məsləhətçi Şamxal Əhmədov, Salyan Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar şöbəsi müdirinin müavini Məhərrəm Məmmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, rayonun tanınmış ziyalıları, mədəniyyət və incəsənət xadimləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.
Gecədə Rəsul Rzanın zəngin yaradıcılığı, Azərbaycan ədəbiyyatının inkişafında rolu və müasir poeziyanın formalaşmasına verdiyi töhfələr barədə geniş məlumat verilib. Mədəniyyət Mərkəzinin bədii qiraətçiləri şairin poeziyasından nümunələr səsləndiriblər. Gecə solistlərin ifasında səslənən musiqi nömrələri ilə davam edib.