Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər

Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə adını daşıyan ev-muzeyində rəsm sərgisi təşkil olunub.

09.02.2026

 

Biləsuvar rayon Nihad Babayev adına Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə açılan sərgidə incəsənət məktəbinin müəllim və şagird kollektivi, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxışlar zamanı Mübariz İbrahimovun Vətənə sonsuz sədaqəti, qəhrəmanlığı və gənclər üçün nümunəvi həyat yolu xüsusi vurğulanıb.

Sərgidə məktəbin rəssamlıq şöbəsinin şagirdlərinin əl işləri nümayiş etdirilib. Sərgilənən rəsmlərdə vətənpərvərlik duyğuları, qəhrəmanlıq mövzusu və Mübariz İbrahimovun parlaq obrazı əks etdirilib.