Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Coğrafi mövqeyi

Biləsuvar

Biləsuvar rayonunun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlilabad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairəsinin uzunluğu 241 km-dir.

Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1358 kvadrat kilometrdir.

Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı cürbəcür - Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.

Rayonun ərazisində yerləşən kəndlər aşağıdakı kimidir:

Xırmandalı, Bəydili, Əliabad, Zəhmədabad, Bağbanlar, Çinarlı, İsmətli, Günəşli, Ağəyri, Çaylı, , Nəsimikənd, Nərimankənd, Səmədabad, Arazbarı, Aşağı cürəli, Dəvrişli, Əsgərabad, Ovçubərə, Yuxarı ağalıkənd, Muğankənd, Əmənkənd, Təzəkənd, Ağalıkənd, Yuxarı cürəli, Aranlı