Ötən müddət ərzində iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə 142.4 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6 % çoxdur.Cari ilin doqquz ayında keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışı sənayedə 2,2 milyon manat, yaxud 27,7 %, kənd təsərrüfatında 9,5 milyon manat, yaxud 14,4 %, tikintidə 7.7 milyon manat, yaxud, 37.8 %, nəqliyyatda 148 min manat, yaxud 8,9 %, ticarətdə 5,0 milyon manat, yaxud 19,8 % artmışdır.Bu dovrdə əhaliyə göstərilən pullu xidmətlərin həcmi, 20,8 milyon manat təşkil etmişdir ki bu da ötən ilin müvafiq dövrünə nisbətdə 12,3 % çoxdur. Hesabat dövründə rayon üzrə adambaşına düşən ümumi məhsul buraxılışının həcmi 1521 manat olmuşdur.
2012-ci ilin 9 ayı ərzində yerli gəlirlər 9,9 milyon manata qarşı 10,5 milyon manat və ya 106,2 faiz yerinə yetirilmişdir.
Hesabat dövründə əhalinin gəlirləri 149.7 milyon manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz çoxdur. Orta aylıq əmək haqqı 254 manat olmaqla keçən ilin müvafiq dövrü ilə müqayisədə 11,4 % çoxdur.
Pərakəndə əmtəə dövriyyəsi 90,7 milyon manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 19,4 % çoxdur.Rayon üzrə nəqliyyatda yük daşınmalarının həcmi 9,6 % artmışdır.Əhalinin sosial rifah halının yaxşılaşması və pul gəlirlərinin artmasının nəticəsidir ki, hesabat dövründə rayonda 60 fərdi ev tikilmişdir.
Ötən 9 ay ərzində ailə üzvlərinin sayı 10805 nəfər olmaqla 1330 ailə ünvanlı dövlət sosial yardımı almışdır. Rayon üzrə ümumilikdə 1.8 milyon manat olmaqla, hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləğı 115.0 manat olmuşdur. Bu dövrdə 12064 nəfər əmək pensiyaçısına xidmət edilmişdir ki, onlardan 6796 nəfəri yaşa görə pensiyaçıya 7,9 milyon manat, 4225 nəfəri əlilliyə görə pensiyaçıya 4,5 milyon manat, 1043 nəfəri ailə başçısını itirməyə görə pensiyaçıya 1,3 milyon manat vəsait ödənilmişdir.Qeyd etmək lazımdır ki, əhaliyə bütün növ pensiya və sosial müavinətlər plastik kartlarla bankomatlar vasitəsilə ödənilir.
Son dövrlərdə ölkəmizin sosial-iqtisadi inkişafında qazanılmış uğurlar, əldə olunmuş makroiqtisadi sabitlik, Azərbaycan dövlətinin maliyyə imkanlarının artması əhalinin keçmiş SSRi əmanət banklarında qalmış əmanətlərinə görə onlara dövlət tərəfindən əlavə yardım ödənilməsinə şərait yaratmışdır.
“Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 mart 2012-ci il
tarixli Fərmanının icrası ilə bağlı Kapital Bankın Biləsuvar rayon filialı tərəfindən 9500 nəfər əmanətçiyə birdəfəlik yardımın verilməsi nəzərdə tutulmuşdur.2012-ci ilin 9 ayı ərzində müraciət etmiş 5050 nəfər əmanətçidən 4691 nəfərinə 1,9 milyon manat pul vəsaiti ödənilmişdir.
Ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, müəssisələrin yaradılması və əhalinin sosial rifah halının yaxşılaşdırılması “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın prioritet istiqamətlərindəndir. Dövlət Proqramına uyğun olaraq, sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, onların investisiya layihələrinə güzəştli qaydada kreditlərin verilməsi həyata keçirilir. 2012-ci ilin 9 ayı ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 34 sahibkarlıq subyektinə 13.0 milyon manat kreditlər verilmişdir.Bu dövrdə rayonda fəaliyyət göztərən digər banklar tərəfindən əhaliyə 1.7 milyon manat kredir verilmiş və 308.0 min manat məbləğində əmanət qəbul edilmişdir.
Görülmüş işlər nəticəsində 2012-cu ilin 9 ayında 715 yeni iş yerləri açılmışdır.
Cari ilin 9 ayı ərzində “Azərbaycan Respublikası regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar rayon ərazisində tikinti və abadlıq sahəsində də xeyli işlər görülmüşdür.Ölkə Prezidentinin diqqəti və qayğısı nəticəsində Biləsuvar şəhər mərkəzini rayonun Əsgərabad, Aşağı Cürəli, Dəvrişli, Amankənd, Ağalıkənd, Yuxarı Cürəli, Təzəkənd və Ovçubərə kəndləri ilə birləşdirən 21 km uzunluğunda yolun tikintisi aslı təmir işlərinə başlanılmış və yüksək keyfiyyətli asfalt-beton örtüklü yol tikilmişdir. Rayonun Bağbanlar, Çinarlı-Aranlı, Ağayrı, Nəsimi və Xırmandalı kəndlərinin mərkəzi giriş yollarında yol tikinti işləri aparılaraq ümumilikdə 9.6 km uzunluğunda yol asfaltlaşdırılmışdır. Bəhrəmtəpə-Biləsuvar magistral avtomobil yolunda 11 km asfalt-beton örtüklü yol tikilmiş və hal-hazırda yol tikinti işləri davam etdirilir.
Cari ildə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Biləsuvar şəhərinin içməli su və kanalizasiya sisteminin tikintisinə başlanılmış və bu işlər sürətlə davam etdirilir. Biləsuvar şəhərinin mərkəzində istirahət parkının müasir üslubda yenidən qurulması, həmin parkın ərazisində Heydər Əliyev mərkəzinin, rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının inzibati binalarının, fəvvarə kompleksinin tikintisi işlərinə başlanılmış və hazırda tikinti işlərinin əsas hissələri başa çatmaq üzrədir.
Aqrar sahənin daha da inkişaf etdirilməsi bitkiçilik və heyvandarlıq sahələrinin xəstəlik və ziyanvericilərdən etibarlı mühafizəsi məqsədilə Baytarlıq idarəsi ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilmiş Bitkiçilik Fitosanitar-Karantin Məntəqəsi tikilmişdir.Təhsildə tədrisin keyfiyyətini yaxşılaşdırmaq, şagirdlərin fiziki hazırlıq səviyyəsinin yüksəltmək məqsədilə Xırmandalı kənd 1 saylı tam orta məktəbi və Zəhmətabad kənd tam orta məktəbinin idman zalı əsaslı təmir olunmuşdur.Şəhər 1saylı uşaq bağçasının əsaslı təmir edilməsi, şəhər 2 saylı və Zəhmətabad kənd uşaq bağçalarının yenidən tikilməsi dövlətin böyüməkdə olan gənc nəslin inkişafına göstərdiyi qayğının təzahürüdür.
Əhalinin sağlamlığı və uzunömürlülüyündə içməli suyun əhəmiyyəti əvəzedilməzdir.Bu məqsəd üçün kəndlərdə “Modul” tipli su durulducu qurğuların tikintisi davam etdirilir.Doqquz ayda daha 5 kənddə su qurğusu istifadəyə verilməklə rayon üzrə bulaqların sayı 16-ya çatdırılmışdır.
Biləsuvar rayon Polis şöbəsinin Səmədabad polis bölməsi üçün inzibati binanın, Yuxarı Ağalı kəndində baytarlıq məntəqəsinin tikintiləri və Ağalıkənd kənd orta məktəbinin əsaslı təmir işləri davam etdirilir.
Biləsuvar şəhərinin H.Əliyev, M.İbrahimov və Nizami küçələrində hasarların tikintisi, dekorativ üzlük aqlay daşları ilə müasir üslubda üzlənməsi, piyada səkilərinin üzlük tavalarla üzlənməsi və yeni işıqlandırma dirəklərinin quraşdırılması işləri davam etdirilir.
Rayon ərazisində özəl sektorun inkişafında da xeyli işləri görülmüşdür. Belə ki, şəhər ərazisində müasir tələblərə cavab verən 500 yerlik şadlıq sarayı tikilib istifadəyə verilmiş, Xırmandalı kəndi ərazisində 2 hektar sahədə kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixananın, kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducu anbar kompleksinin tikintiləri davam etdirilir.
Dövlət Proqramı”nın icrası ilə bağlı 2012-ci ilin 9 ayında rayon əhalisinin təbii qazla təmin edilməsi və qaz təsərrüfatının yenidənqurulması istiqamətində işlər davam etdirilmişdir. Belə ki, rayonun təbii qaz verilən kəndlərində yarasız vəziyyətə düşmüş 3335 peqometr müxtəlif diametrli daşıyıcı və paylayıcı qaz xətləri, istismar müddəti başa çatmış 9 ədəd qaz tənzimləyici şkaflar və siyirtmələr yenisi ilə əvəz edilmişdir. Həmçinin rayonun Xırmandalı, Əliabad, Bəydili, Zəhmətabad kəndlərində qaz tənzimləmə məntəqələri quraşdırılmışdır. Eyni zamanda şəhərin “Təyyarə meydanı” adlanan yeni yaşayış massivinin təbii qazla təminatının yaxşılaşdırılması üçün küçə qaz xətlərinin yeniləşdirilməsi başa çatdırılmışdır. Şəhərin yeni salınmış yaşayış məntəqələrində qaz xətlərinin çəklişi işlər davam etdirilir. Bundan başqa vaxtilə rayonun təbii qaz almış Təzəkənd, Yuxarı Cürəli, Aşağı Cürəli, Dəvrişli, Ağalıkənd, Ovçubərə, Amankənd kəndlərinə təbii qazın verilişi bərpa edilmiş, Aranlı, Çinarlı,Bağbanlar, İsmətli, Günəşli, Ağayrı kəndlərinin isə təbii qazla təmin edilməsi məqsədilə xətlərin çəklişinə başlanılmışdır. Çinarlı və Bağbanlar kəndlərində paylayıcı qaz xətləri çəkilərək işlər davam etdirilir. Ümumilikdə 2012-ci ilin 9 ayı ərzində rayon ərazisində müxtəlif diametrli borularla 108 km təbii qaz xətləri çəkilmişdir. Rayonun daha 6 kəndinin-Arazbarı, Nərimankənd, Səmədabad, Muğan,Çaylı və Yuxarı Ağalı kəndlərini təbii qazla təmin etmək məqsədi ilə layihə-smeta sənədləri hazırlanmış, yaxın vaxtlarda tikinti işlərinə başlanılacaqdır.
Əhaliyə keyfiyyətli rabitə xidmətinin göstərilməsi məqsədi ilə rayon mərkəzi ATS-də yeni elektron ATS-in quraşdırılması işləri tam başa çatdırılmışdır. Eyni zamanda rayonun bütün kəndlərində ATS-lər elektronlaşdırılmışdır. Əhaliyə keyfiyyətli rabitə xidməti göstərilməsi üçün rayon kəndlərində və şəhər mərkəzində yerləşən elektron ATS-lərin ərazilərində xətt təsərrüfatında təmir işləri aparılmışdır. Əhaliyə sürətli internet xidmətinin göstərilməsi üçün avadanlıqların quraşdırılıması davam etdirilir.
Şəhər əhalisinin içməli su ilə təmin edilməsi üçün magistral su boruları və küçə su xətlərində müəyyən qədər təmir işləri aparılmışdır.Lakin əhalinin içməli su təchizatında müəyyən problemlər qalmaqdadır.Biləsuvar rayon Su Kanal idarəsinin rəhbərliyi bu problemlərin həllindən ötrü səylə çalışmalıdırlar.
Ölkə Prezidenti tərəfindən aqrar bölməyə göstərilən diqqət və qayğı nəticəsində daxili bazarın ərzaqla təminatında yerli istehsalın xüsusi çəkisi hiss olunacaq dərəcədə artmış, ixrac yönümlü məhsulların çeşidi genişlənmişdir.
Görülən bütün bu tədbirlər respublikamızda kənd təsərüfatının sürətli inkişafına və bu sahədə çalışan ölkə əhalisinin maddi rifah halının yaxşılaşmasına səbəb olmuşdur.
Biləsuvar rayonunun da aqrar rayon kimi inkişafı, bilavasitə kənd təsərrüfatındakı işlərin səviyyəsindən asılıdır.
Rayonda kənd təsərrüfatı sahəsində məhsul istehsalının həcmi bütün sahələrdə əvvəlki illərlə müqayisədə artımla müşahidə olunmuşdur. Belə ki, 2012-ci ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsullarının həcmi 75,3 milyon manat, o cümlədən bitkiçilik üzrə 54,6 milyon manat, heyvandarlıq sahəsi üzrə isə 20,7 milyon manat olmuşdur.
2011-ci ilin payızında 2012-ci ilin məhsulu üçün 22978 hektar payızlıq taxıl əkilmişdir. Əkilmiş 22978 hektar sahədən 60488 ton taxıl istehsal edilmişdir. Bundan 30969 tonu buğda, 29519 tonu isə arpa məsuludur.
Pambıqçılığın inkişaf etdirilməsi istiqamətində də müəyyən işlər görülmüşdür. Belə ki, 2012-ci ildə 5888 hektar pambıq bitkisi əkilmişdir. Hal-hazırda pambıq toplanışı davam edir. 2012-ci ilin 9 ayında 5268 ton pambıq istehsal edilmişdir. 2011-ci ilin müvafiq dövründə 3240 ton pambıq istehsal edilmişdir. Rəqəmlərdən göründüyü kimi 2012-ci ildə xeyli artıq məhsul toplanmışdır.
2012-ci ilin 9 ayında heyvandarlıq və quşçuluğun inkişafı sahəsində də irəliləyişlər əldə olunmuşdur. Belə ki, iri buynuzlu mal-qaranın baş sayı 135,4 min başa çatdırılmışdır. Hesabat dövründə ət istehsalı (diri çəkidə) 3599 ton, süd istehsalı 19,5 min ton, yun istehsalı 302 ton, yumurta istehsalı isə 6,9 milyon ədəd olmuşdur.
Rayon ərazisində torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə mövcud kollektor-drenaj sistemlərinin təmiri və lildən təmizlənməsi üçün 2012-2014-cü illə üzrə qrafik hazırlanaraq təsdiq edilmişdir.Ötən 9 ayında rayonda 208.7 km kollektor-drenaj sistemi lildən təmizlənmişdir. Bu iş davan etdirilir.
Cari ilin 9 ayında torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 16 ədəd su nasosları, 21 ədəd dizel mühərriki, 6 ədəd elektrik mühərriki, 3 ədəd elektrik transformatorları əsaslı təmir edilmişdir. “Maşın qolu” kanalının nasos stansiyasının qarşısındakı nizamlayıcı qurğudan köhnə cənubi-muğan kanalına kimi beton üzlüklərlə üzlənməsi işləri tam başa çatdırılmışdır.
Ümumilikdə 574 km təsərrüfatdaxili və 121 km təsərrüfatlararası kanallar çəkilmiş və lildən təmizlənmişdir. Rayonda 38909 hektar suvarılan torpaqların olmasını nəzərə alaraq bu qədər sahədə əkilmiş kənd təsərrüfatı bitkiləri suvarma suyu ilə təmin edilmişdir. Hazırda əkinlərin suvarılması işi davam etdirilir.
Görülən bu işlərin nəticəsidir ki, 2012-ci ilin 9 ayı ərzində rayon əhalisi tərəfindən adambaşına 805 manatlıq kənd təsərrüfatı məhsulları istehsal edimişdir.
2012-ci ilin başa vurduğumuz 9 ayı ərzində rayonumuzda təhsil, səhiyyə və mədəniyyət sahələrinin inkişafına, gənclərlə işin yaxşılaşdırılmasına diqqət xeyli gücləndirilmişdir. Təhsil, səhiyyə və mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi ön plana çəkilmişdir. Bu isə nəticədə həmin sahələrin fəaliyyətinin daha da gücləndrilməsinə səbəb olmuşdur.
Respublikamızda təhsil sahəsində aparılan islahatlar rayonumuzun təhsil sistemində də uğurla həyata keçirilərək müsbət nəticələrini verməkdədir.
Ölkə Prezidentinin təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsil ocaqlarnın müasir tələblər səviyyəsində qurulmasına göstərdiyi yüksək qayğı və diqqət nəticəsində rayonumuzda da mühüm addımlar atılmışdır.
Son illər Heydər Əliyev Fondunun təşəbbüsü ilə rayonumzda 9 yeni məktəbin tikilib istifadəyə verilməsi, 4 məktəbin yüksək səviyyədə əsaslı təmir olunaraq istifadəyə verilməsi həmin məktəblərdə təhsilin keyfiyyətinin yüksəlməsində mühüm amil olmuşdur. 9 məktəbdə mərkəzləşdirilmiş istilik sistemi yenidən qurulmuşdur.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi bu gün də davam etdirilir. Hazırda 1176 yerlik Ağalıkənd kənd tam orta məktəbində əsaslı təmir və yenidənqurma işləri surətlə davam etdirilir.
Ümumutəhsil məktəblərində təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi bütün pedaqoji kollektivlərin diqqət mərkəzindədir. Təhsil ocaqları yeni dərs ilinə böyük ruh yüksəkliyi ilə başlamışlar.
Ölkə Prezidentinin Sərəncamı ilə Biləsuvar şəhər 4 saylı tam orta məktəbin “İlin ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibləri sırasında olması fərəhləndirici haldır.
Ötən dərs ilində rayonumuzun ümumtəhsil məktəblərini bitirmiş 879 nəfər məzundan 683 nəfəri attestat almışlar. Onlardan 203 nəfəri test üsulu ilə imtahan verərək tələbə adını qazanmışlar. Məzunlarımızdan 4 nəfəri 600-dən, 26 nəfəri 500-dən çox bal toplamışdır. Azərbaycanının Milli Qəhrəmanı Mübariz İbrahimov adına lisey-məktəb kompleksinin uğurları bizi daha çox sevindirir. Bu il liseyin ilk buraxılışı olmuş və 23 məzunun hamısı uğurla imtahan verərək tələbə adına layiq görülmüş, ən yüksək ballar toplamışlar. Şəhər 1, 2, 4 saylı, Aşağı Cürəli, Bəydili, Yuxarı Cürəli və Xımandalı kənd 1 saylı tam orta məktəblərin məzunları ali məktəblərə qəbulda yaxşı nəticələr qazanmşlar. Təəssüf ki, eyni sözləri Çaylı, Nəsimi, Ovçubərə kənd tam orta məktəbləri haqqında demək olmur. Belə ki, Çaylı kənd məktəbinin bir məzunu belə tələbə adını qazana bilməmişdir. Ovçubərə və Nəsimi məktəblərinin ali məktəblərə qəbul göstəriciləri çox aşağıdır.
Ötən dərs ilində rayon üzrə 196 şagirdin payız imtahanlarına saxlanması rayon Təhsil şöbəsinin rəhbərliyinin narahat etməlidir. Bu bir daha göstərir ki, təlim-tərbiyə prosesi heç də bütün məktəblərdə günün tələbləri səviyyəsində qurulmamışdır.
Rayonumuzda əhaliyə göstərilən səhiyyə xidməti də yaxşılaşır, tibb işçilərimiz əhalinin bu sahəyə olan tələbatının daha dolğun ödənilməsi üçün səylərini durmadan artırırlar. Yeni səhiyyə ocaqlarının istifadəyə verilməsi əhaliyə səhiyyə xidmətinin keyfiyyətinin yüksəlməsində mühüm rol oynayır.
Bu qayğıya cavab olaraq rayonumuzda fəaliyyət göstərən 3 xəstəxana, 21 həkim və tibb məntəqəsində çalışan 106 həkim, 304 nəfər orta tibb personalı əhalinin sağlamlığı keşiyində sayıq dayanmışlar.
Hər il olduğu kimi 2012-ci ilin 9 ayında da əhaliyə tibb xidmətin səviyyəsini yüksətmək, əhali arasında aparalan səhiyyə maarifi işini daha da gücləndirmək üçün səmərəli iş aparılmışdır. Yoluxucu və infeksion xəstəliklərə qarşı profilaktik mübarizənin gücləndirilməsi nəticəsində həmin xəstəliklərin əksəriyyətinin kökü tamamilə kəsilmişdir. “Ailə Planlaşması və Reproduktiv sağlamlıq” Proqramına uyğun olaraq bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir, ana və uşaqların mühafizəsinə, diqqət artırılır. Ötən müddətdə uşaqlar arasında vərəm, hepatit B, difteriya əleyhinə müxtəlif peyvənd tədbirləri aparılmışdır.
Səhiyyə ocaqlarının müasir tibbi avadanlıqlarla təmin olunması götərilən tibbi xidmətin keyfiyyətinə müsbət təsir göstərmişdir.
“Sanitar-Epidemioloji Salamatlıq haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrə uyğun olaraq Gigiyena və Epidemiologiya Mərkəzi rayon ərazisində sanitar nəzarətini gücləndirmişdir. Lakin ümumilikdə keçirilən reyd və yoxlamların keyfiyyəti yüksəldilməli, aşkara çıxarılan nöqsanlar barədə təsirli tədbirlər görülməlidir.
Əhalinin mədəni-maarif xidmətinə olan tələbatını günün tələbləri səviyyəsində ödəmək üçün rayonumuzun mədəniyyət ocaqlarında ciddi səy göstərirlər. Rayonumuzda müxtəlif bayramlar və tarixi günlər təntənə ilə qeyd olunur. Mədəniyyət evləri, klub və xəstəxanalarda əhalinin asudə vaxtlarının səmərəli təşkilinə diqqət artırılmışdır. Tarix-diyarşünaslıq muzeyində, Heydər Əliyev mərkəzində tez-tez keçirilən söhbətlər, dəyirmi masalar, görüşlər maraqla qarşılanır.
Hazırda rayonumuzun kitab fondu 332 mini ötüb keçmiş, daimi oxucuların sayı artmışdır.
Bu ilin may ayında keçirilən ənənəvi 5-ci “Kitab bayramı”nda fəal kitab həvəsakarları, ziyalılar yaxından iştirak etmişlər.
Rayonumuzun tarixi keçmişini əks etdirən memarlıq və arxeoloji abidələrin mühafizəsi daim diqqət mərkəzində saxlanlır.
Rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbərliyi mədəni-maarf müəssisələrinin ixtisaslı kadrlarla təminatına diqqəti artırmalıdırlar. Hər bir mədəni-maarif müəssisələri əhalinin səmərəli istirahət yerinə çevrilməlidir.
Ölkəmizdə Dövlət Gənclər Siyasətinin uğurla həyata keçirilməsi rayonumuzda da gənclərlə işin yaxşılaşdırılmasında, onların fəallıqlarının artırılmasında mühüm rol oynayır. Gənclərə qayğı və diqqət həmişə ümdə vəzifələrdən biri olmuş və bu gün də öz aktuallığını saxlayır. Rayonumuzda yaşayıb-çalışan gənclərin əsl vətənpərvərlər, sabahımızın layiqli vətəndaşları kimi tərbiyə olunması sahəsində rayon Gənclər və İdman idarəsi müntəzəm olaraq müxtəlif tədbirlər, görüşlər, söhbətlər keçirir. Narkomanlığa qarşı mübarizə tədbirləri daha geniş miqyas alır. Bu məqsədlə bütün mövcud imkanlardan səmərəli istifadə olunmağa səy göstərilir.
Hər il olduğu kimi, bu il də gənclərimiz hərbi xidmət borclarını yerinə yetrməyə həvəslə yola düşür, vətənə şərəflə xdmət edirlər. Gənclərin hərbi xidmətə yola salınması həmişə təntənəli təşkil olunur.
Sağlamlıq və gözəllik mənbəyi olan idman gənclərimizin həyatında mühüm amilə çevrilir. Rayonda idmanla müntəzəm məşğul olan gənclərin sayı durmadan artır. Idmançılarımız bir çox respublika və zona turnirlərində uğurla çıxış edərək fəxri nəticələr qazanmışlar.