03.11.2017
Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin tədbirlər planına uyğun olaraq Əhaliyə kino xidməti ilə bağlı Salyan rayon Mədəniyyət Mərkəzi tədbirlərini qrafik əsasında davam etdirir. Növbəti kino Salyan şəhər Stansiya yaşayış massivindəki 4 saylı şəhər klubunun zalında məktəblilər üçün nümayiş etdirilmişdir. “Salyan təbiəti”, “Şirvan gözəlləri” adlı bədii film göstərilmişdir. Filmə 106 nəfər müəllim və şagirdlər tamaşa etmişdir. Kino xidməti ilə bağlı Mərkəzin direktoru Lətif Zərbəliyev məktəblilələrə ətraflı məlumat vermişdir.