08.11.2017
Neftçala rayon Dövlət Rəsm Qalereyası Heydər Əliyev Mərkəzində 9 noyabr "Dövlət Bayrağı günü" və "Yeni Azərbaycan Partiyası"nın 25 illik yubileyi ilə əlaqədar sərgi təşkil etdi. Sərgi Qalereyanın şagirdlərinin bir-birindən maraqlı rəsm əsərlərindən ibarət idi. Şagirdlər öz rəsm əsərlərində vətənə, bayrağa, gerbə olan öz sevgilərini tərənnüm etdirmişlər. Sərgidə Neftçala rayon İcra Hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyev, Neftçala rayonunun deputatı cənab Arif Rəhmzadə və bir çox idarə, müəssisə nümayəndələri iştitrak etdilər. Sərgi çox maraqla qarşılandı.