10.11.2017
Gender Bərabərliyi haqqında qanuna uyğun olaraq 10 Noyabr 2017-ci ildə saat 11:00 da Salyan rayon Mərkəzi Kitabxanasında MİHİ Salyan rayon Komitəsinin 2017-ci ilin "Tədbirlər planı"na uyğun olaraq "Qadınların cəmiyyətdəki bərabərliyi" adlı diskusiya xarakterli tədbir keçirildi. Tədbirdə İH-nin nümayəndəsi Sevinc xanım, Salyan rayon Mədəniyyət və Turizm İdarəsinin nümayəsndəsi Günydın xanım Əhədova, ”Qələbə” qəzetinin müxbiri Leyla xanım, MİHİ Salyan rayon Komitəsinin təşkilatı üzvləri və Salyan rayonunda Sağlamlıq Mərkəzi kimi fəalliyət göstərən “Sibirski zdaroviya”nın işçiləri, həkim-kosmetoloq Şura xanım iştirak etdi. Tədbirdə “Gender bərabərliyi”, qadınların hüquqlarından, müasir dövrdə təqiblərə məruz qalan xanımların talelərindən söhbət açıldı və bir növ diskusiya şəkilində davam etdi.