13.11.2017
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərin respublikamızın digər bölgələrinə səyahətinin təşkili davam etdirilir.
Bu dəfə də Salyan rayon Mədəniyyət Mərkəzi “Ölkəmizi tanıyaq“ adlı tədbirdə Mərkəzin birləşmiş özfəaliyyət kollektivləri 450 nəfər müxtəlif rayonlardan gəlmiş müəllim və şagirdlər qarşısında geniş konsert proqramı ilə çıxış etdilər. Mərkəzin “Muğan” rəqs qrupunun üzvlərinə və müğənnilərə yaxşı çıxışlarına görə hədiyyələr təqdim edildi.