Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Salyan rayon Mərkəzi Kitabxanası ”Beynəlxalq Gözdən Əlillər Günü”nü qeyd etdi

13.11.2017

Beynəlxalq Gözdən Əlillər Günü  hər il 13 noyabrda qeyd olunan xüsusi gündür. Bu tarix fransız pedaqoqu Valentin Qayuinin doğulduğu tarixdir. 1745-ci il noyabrın 13-də anadan olan Valentin Qayuini dünyada ilk dəfə öz hesabına gözdən əlillər üçün qabarıq şriftlər yaradıb. 1784-cü ildə isə o, öz evində görmə qüsuru olan işçilərin emalatxanası adlı məktəb açıb və ixtira etdiyi şriftlərdən istifadə etməklə onlara təlim keçib. 30 mindən çox görmə qüsurlu şəxs olan Azərbaycanda isə 2002-ci ildən etibarən Gözdən Əlillər Cəmiyyəti fəaliyyət göstərir.

13 noyabr 2017-ci il tarixində Salyan rayon Mərkəzi Kitabxanada tədbir təşkil olundu. Tədbirə Azərabaycan Gözdən Əlillər cəmiyyətinin Salyan rayonlar arası təşkilatın müdiri Xudayi Rəfael və müavin Elşad Muradov iştirak etdi. Tədbirdə kitabxanaya verilən nəşrlərin sərgisi təşkil olundu.