24.11.2017
Neftçala rayon Dövlət Rəsm Qalereyası "Uşaq hüquqları aylığı" ilə əlaqədar nəzərdə tutulan tədbirlər planına əsasən "Bizim hüquqlarımız" mövzusu altında Neftçala rayon "Muğan" Humanitar məktəbinin VIII sinif şagirdi Zeynallı Səbilə İldırım qızının rəsm əsərlərindən ibarət sərgi təşkil etdi. İlk növbədə söz Səbilənin sinif rəhbərinə verildi. O, Səbilə haqqında çox gözəl sözlərlə çıxış etdi. Rəsm əsərləri əsasən karandaş və sulu boya ilə çəkilmişdir. Sonda Qalereyanın direktoru Nigar Abdullayeva Zeynallı Səbiləni təltifnamə və hədiyyə ilə təbrik etdi. Sərgi müəllim və şagird kollektivi tərəfindən böyük rəğbətlə qarşılandı.