30.11.2017
30 noyabr 2017-ci il tarixdə Biləsuvar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi icma əsaslı Rebilitasiya Mərkəzi ilə birlikdə Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirdi. Tədbir iştirakçıları əlil uşaqların əl işlərindən ibarət sərgiyə baxdılar. Tədbir rayon incəsənət işçilərinin və əlil uşaqların hazırladıqları konsert proqramı ilə davam etdirildi. Tədbirin sonunda əlil uşaqlara hədiyyələr təqdim olundu.