10.12.2017
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Gənclərə Qayğı İctimai Birliyinin və Salyan rayon Mərkəzi kitabxanasının təşkilatçılığı ilə "Sağlam bədəndə sağlam ruh" adlı tədbir keçirildi. Tədbirdə rayon ziyalıları ,orta məktəb müəllimləri, Salyan rayon Gənclər və İdman idarəsinin işçiləri və mədəniyyət işçiləri iştirak edirdi. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Hüquq Departamentinin direktoru Rəşad Nəbiyev, Salyan RİH-nin nümayəndəsi Aqşin Babayev, Gənclər və İdman İdarəsinin müavini Aqşin Qasımov, Mərkəzi kitabxananın direktoru Səidə Əliyeva və 2 saylı filial kitabxanasının müdiri Günel Miriyeva narkomaniya mövzusunda çıxış etdilər. Tədbirin sonunda fəal iştirakçılara sertifikatlar təqdim olundu.