12.12.2017
12.12.2017-ci il tarixdə Neftçala rayon Mərkəzi Kitabxanasında Ulu Öndər Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar “Qəlblərə həkk olan əfsanəvi insan” adlı anım mərasimi keçirilmişdir. Tədbirdən öncə Ümumimilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Xidmət şöbəsinin müdiri F.Məmmədova Ulu Öndərin şərəfli həyat yolundan bəhs edərək qeyd etdi ki, Müstəqil Azərbaycan Heydər Əliyevin şah əsəridir. Tədbirdə iştirak edən E.Həbibov adına 4 saylı orta məktəbin VI və VII sinif şagirdləri Ümummilli Liderin xatirəsinə həsr edilmiş şeirlər söylədilər. Sonda Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı “Müstəqilliyimiz əbədidir“ başlıqlı daimi sərgiyə baxış keçirildi.