19.01.2018
Cəbrayıl rayon 8 saylı qəsəbədə yerləşən Nüzgar kənd klubu 20 Yanvar ümumi xalq hüzn günü ilə əlaqədar “28 yaşlı 20 Yanvar” başlığı altında tədbir keçirdi. Tədbir iştirakçıları 1 dəqiqə sükutla şəhidlərimizin xatirəsini yad etdilər.14 saylı tam orta məktəbin direktoru Ə.Mirzəyev 20 yanvar faciəsini törədən səbəblərdən danışdı. Tarix müəllimi Muradov Nahid çıxış edərək qanlı gecədə sovet imperiyasının qızıl ordusunun dinc insanların qanlarının axıdılması haqqında çıxış etdi. Başqa çıxış edənlər isə şəhidlərimizin qanı yerdə qalmayacaq və əbədi yaşıyacaqlarını bildirmişlər. Sonda isə klubun üzvləri 20 Yanvar faciəsinə həsr olunmuş kiçik səhnələr və şeirlərlə çıxış etmişlər