Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

İlin yekunlarına dair müşavirə keçirildi

26.01.2018

26 yanvar 2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin 2017-ci ilin yekunlarına həsr olunmuş müşavirəsi keçirilmişdir. Müşavirəni giriş sözü ilə Regional İdarənin rəisi Elçin Hüseynov açaraq 2017-ci ildə görülmüş işlər barədə məlumat vermiş və qarşıda duran vəzifələrdən danışmışdır. Müşavirədə Regional İdarənin tabe müəssisələrinin rəhbərləri və digər əməkdaşlar iştirak etmişlər. Müşavirə işgüzar şəraitdə keçmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.