01.02.2018
01 fevral 2018-ci il tarixdə “Gənclər Günü” münasibətilə Cəbrayıl rayon Mədəniyyət evində Cəbrayıl rayon mədəniyyət işçilərinin iştirakı ilə dəyirmi masa təşkil olundu. Tədbiri Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin Cəbrayıl rayon üzrə nümayəndəsi Kamran Quliyev açdı və bütün mədəniyyət işçilərini "Gənclər günü" münasibətilə təbrik etdi. Böyük Mərcanlı U.İ.M məktəbinin direktoru V.Orucov Gənclər gününün yaranması və tarixi barədə məlumat verdi. Tədbirdə çıxış edən digər işçilərdə respublika gənclərinin görmüş olduqları uğurlu işlərdən söz açmış və görüləcək işlərdən danışmışlar.