Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Yaddaşlarda əbədi qalan qanlı faciə”

22.02.2018

Tarixin müxtəlif dönəmlərində ermənilər tərəfindən soyqırıma məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə 1992-ci ilin qarlı qışında Xocalıda üzləşdi. Dövlət müstəqilliyini yenicə qazanan Azərbaycanın üzləşdiyi ərazi itkisi ilə yanaşı, əsrin ən dəhşətli faciələrindən birini yaşaması ölkəmizin yeni tarixinə qara hərflərlə yazıldı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədilik həkk olundu. 21 fevral 2018-ci il tarixdə Salyan rayon Tarix -Diyarşünaslıq muzeyində Xocalı faciəsinin 26-ci ildönümünə həsr olunmuş "Yaddaşlarda əbədi qalan qanlı faciə" adlı dəyirmi masa keçirildi. Dəyirmi masada şöbə müdiri Kəmalə Məmmədova və bələdçi Qövsiyyə Ağabəyova məruzə ilə çıxış etdilər. Faciənin həqiqətlərini əks etdirən video çarx nümayiş etdirildi. Tədbir məktəblilərin kompozisiyaları ilə başa çatdı.