Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi Cocuq Mərcanlıda

13.03.2018

13 mart 2018-ci il tarixdə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin kollektivi Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı qəsəbəsinə səfər edib.

Əvvəlcə Horadiz şəhərində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Sonra “Aprel şəhidlərinə xatirə” abidəsi ziyarət edilib.

Daha sonra Cocuq  Mərcanlı kənd sakinləri ilə regional idarənin mədəniyyət və incəsənət ustaları həmsöhbət oldular.

İdarənin rəisi Elçin Hüseynov işğaldan azad olunmuş torpaqlara gəldikləri üçün böyük qürur hissi keçirdiyini qeyd edərək, burada yaşamağın, işləməyin böyük fədakarlıq, vətənpərvərlik nümunəsi olduğunu bildirib. Diqqətə çatdırılıb ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib. Regionun incəsənət ustaları Əlikiram Bayramov, Babək Kərimov, Natiq Məmmədov, Vüsal Zamanov, Səxavət Əsgərov, Elman Məmmədov, Gülnarə Qarabağlı və Cəngi Xalq kollektivi iştirakı ilə geniş konsert proqramı ilə çıxış etdilər.

Cəbrayıl rayon İcra hakimiyyəti başçısının müavini Fəridə İbayeva mənəvi dəstək olduqlarına görə və kütləvi tədbir təşkil etdiyinə görə Biləsuvar regional Mədəniyyət və Turizm İdarəsinin kollektivinə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyevin Sərəncamı ilə Cocuq Mərcanlı  qəsəbəsinin yenidən qurulmasını və sakinlərin 24 ildən sonra doğma yurdlarına qayıtmasını Böyük Qayıdışın başlanğıcı olduğunu diqqətə çatdırıb, bütün məcburi köçkünlərin ata-baba torpaqlarına qayıdacaqlarına əminliklərini bildiriblər.