Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Bu gün bəstəkar Nazim Əliverdibəyovun doğum günüdür

24.08.2021

Görkəmli bəstəkar Nazim Əliverdibəyov 24.08.1926-cı il tarixdə anadan olmuşdur. 1952-ci ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq üzrə (professor C.Hacıyevin sinfi) bitirmişdir.
1951-85-ci illәrdә Bulbul adına orta ixtisas musiqi mәktәbindә (1964-85-ci illәrdә direktor) vә Azərbaycan Dövlət Konservatoriyasında dәrs demişdir.

Ü.Hacıbəylinin “Әsli vә Kәrәm” vә “Leyli vә Mәcnun” operalarını yenidәn orkestrlәşdirmişdir. Ü.Hacıbəylinin nәşr edilmiş “Leyli vә Mәcnun” (1983) vә “Koroğlu” (1985) operalarının partituralarının musiqi redaktoru olmuşdur.

17.02.1985-ci il tarixdə vəfat etmişdir.

Əsərləri: uşaqlar üçün “Cırtdan” nağıl-operası, “Nazxanım naz eləyir” musiqili komediyası, “Muğam” xoreoqrafik lövhələri, 2 balet süitası, “Mingəçevir” simfonik poeması, xalq çalğı alətləri orkestri üçün “İçəri şəhər” musiqi lövhələri, silsilə romanslar, kamera-instrumental və xor əsərləri, “Bayatı-Şiraz” muğamının a capella xoru üçün işləməsi, teatr tamaşalarına və kinofilmlərə yazılmış musiqi.