Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələri ziyarət edilir

08.09.2021

Salyan Rayon Mərkəzləşdirilmiş kitabxana Sisteminin direktoru Səidə Əliyeva, Salyan rayon 7 saylı məktəb liseyin direktoru Arzu Daşpoladova və Mədəniyyət İşçiləri Həmkarlar Ittifaqının Salyan Rayon Komitəsinin sədri Vəfa Məmmədova Vətən müharibəsində qəhrəmancasına şəhid olan Vüsal Cəfərovun ailəsini ziyarət etmişlər.
Şəhid Vüsal Cəfərov 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlananda torpaqlarımızı düşməndən azad etmək üçün Füzuli - Şuşa istiqamətində gedən döyüşlərə qatılmış və torpaqlarımızın azad olunmasında böyük igidlik göstərərək şəhid olmuşdur.

Cəfərov Vüsal Şəfi oğlu 16.01.1996-cı ildə Salyan rayonu, Yuxari Xalac kəndində anadan olub.
15 Sentyabr 2003-cü ildə Salyan rayon Yuxarı Xalac kənd tam orta məktəbin 1-ci sinfinə daxil olmuşdur.
15 iyun 2014-cü ildə məktəbi bitirib hərbi xidmətə yollanmışdır.
2015-ci ildə hərbi xidmətini başa vurub 2016-cı ildə ailə həyatı qurmuşdur.
Bir övladı var.
2020-ci ildə müddətdən artıq qulluq edən hərbçi kimi xidmətə başlamış, Vətən müharibəsində iştirak etmişdir.

11.11.2020-ci ildə Şuşada gedən döyüşlərdə şəhid olmuşdur.