Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələri ziyarət olunur

09.09.2021

Salyan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Səidə Əliyeva, Salyan rayon Peşə liseyinin direktoru Razigül Dadaşova, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Salyan Rayon Komitəsinin sədri Vəfa Məmmədova, Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Byramova və Mədəniyyət Mərkəzinin Dayıkənd kənd Mədəniyyət Evinin əməkdaşları şəhid Sübhan Əzizovun ailəsini ziyarət etmişlər.
Şəhidin qardaşı İsmayıl Əzizov Sübhanın keçdiyi döyüş yolundan söhbət açdı və bildirdi ki, Vətən müharibəsində Azərbaycan ordusu bütün dünyaya öz  gücünü göstərmişdir.

Əzizov Sübhan Məmməd oğlu 1999-cu ilin 17 yanvar tarixində Salyan rayonu, Dayıkənd kəndində anadan olmuşdur. 2004 -cü ildə Salyan rayon şəhid Arif Nağıyev adına Dayikənd kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 2015-ci ildə təhsilini başa vurub hərbi xidmətə yollanmışdır.

Hərbi xidmətinə layiqincə başa vuran Sübhan arzuladığı Bakı Dəmiryol  Kollecinə daxil olur.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün könüllü olaraq Füzuli, Qubadlı, Zəngilan və Şuşa istiqamətində gedən döyüşlərdə qəhrəmancasına savaşaraq 2020-ci ilin 7 noyabr tarixində qəhrəmancasına həlak olmuşdur.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Əzizov Sübhan  (ölümündən sonra) “Cəsur Döyüşçü" medalı  və “Vətən uğrunda” medalı ilə təltif edilib.