14.09.2021
16 SENTYABR
1909 – Azərbaycanın ilk kino aktrisalarından olan İzzət Mirzəağa qızı Orucova (1909 – 22.4.1983) Bakıda doğulub. “Sevil” (1929), “Almaz” (1936) filmlərində baş rollarda çəkilib. Sonralar tanınmış kimyaçı alim, Azərbaycan Elmlər Akademiyasının akademiki olub.
1919 – Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin qəbul etdiyi qanuna əsasən, xalq məktəbləri kitabxanalarına türk (Azərbaycan) dilində kitablar almaq üçün Xalq Maarifi Nazirliyinə maliyyə vəsaiti ayrılıb. Cümhuriyyət dövründə ölkədə ümumi fondu 95 min nüsxə kitab olan 11 kitabxana vardı.
1920 – Azərbaycan İnqilab Komitəsinin dekreti ilə musiqi alətləri və nəşrləri satılan mağazalar milliləşdirilib. Hökumət orkestr musiqiçilərinin səfərbərliyə alınaraq Xalq Maarif Komissarlığının sərəncamına verilməsi barədə qərar (4 oktyabr 1920) qəbul etmişdi.
1934 – Əməkdar incəsənət xadimi, pianoçu, professor Elmira Yusif qızı Səfərova (1934–1997) Bakıda anadan olub.
1940 – Xalq artisti, televiziya rejissoru Vasif Hacağa oğlu Babayev anadan olub. Sənədli filmlərin müəllifidir: “Odlar torpağı”, “Qızıl güllər diyarı”, “İçərşəhərin əbədi nağılı” və s.
1953 – Əməkdar müəllim Nadir Davud oğlu Babayev anadan olub. Bakı şəhəri R.Hacıyev adına 15 nömrəli Musiqi məktəbinin direktorudur.
1978 – Əməkdar mədəniyyət işçisi Mehparə İrza qızı Cəfərova Gəncədə anadan olub. F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistidir.
1992 – Prezident Əbülfəz Elçibəy “Azərbaycan Respublikasında yaşayan milli azlıq, azsaylı və etnik qrupların hüquq və azadlıqlarının qorunması, dil və mədəniyyətinin inkişafı üçün dövlət yardımı haqqında” fərman imzalayıb.
1995 – Prezident Heydər Əliyev görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2014 – Prezident İlham Əliyev tanınmış şair, Dövlət mükafatı laureatı Rəfiq Zəka Xəndanın 75 illik yubileyi haqqında sərəncam imzalayıb.
2015 – Bakıda IV Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi sərgi-yarmarka sentyabrın 18-dək davam edib.
17 SЕNTYABR
1948 – Əməkdar mədəniyyət işçisi, kino mühəndisi Rəfail Bəşir oğlu İmanov anadan olub. Azərbaycan Dövlət Film Fondunun əməkdaşıdır.
1950 – Əməkdar mədəniyyət işçisi Zəhra Gülbala qızı Əliyeva anadan olub.
1954 – Əməkdar artist Natalya Gennadyevna Baliyeva anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır.
1954 – Əməkdar mədəniyyət işçisi Nəsir İsmayıl oğlu Ağayev anadan olub. “Azərbaycanfilm” kinostudiyasında çalışır.
1956 – Rəssam, heykəltəraş Müslüm Ömər oğlu Eldarov (1956–2003) Bakıda doğulub. Bakı İncəsənət Mərkəzinin (“Yeni Gallery”) yaradıcılarından biri olub.
1957 – Əməkdar artist Sergey Yevgenyeviç Krasnyanski anadan olub. R.Behbudov adına Azərbaycan Dövlət Mahnının Teatrı Estrada-simfonik orkestrinin üzvüdür.
1976 – Əməkdar artist Cahangir Qafar oğlu Qurbanov anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
2013 – Parisdə, UNESCO-nun mənzil-qərargahında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operetasının 100 illiyinə həsr edilmiş tədbirlər keçirilib.
18 SЕNTYABR
18 sentyabr Azərbaycanda Milli Musiqi Günüdür.
1885 – Dahi bəstəkar, dramaturq, publisist, pedaqoq, Azərbaycanın və SSRİ-nin Xalq artisti, akademik Üzeyir Əbdülhüseyn oğlu Hacıbəyli (1885 – 23.11.1948) anadan olub. Azərbaycan professional musiqisinin banisi, müsəlman Şərqində ilk operanın (“Leyli və Məcnun”, 1908), ilk operetanın (“Ər və arvad”, 1910) yaradıcısıdır. “O olmasın, bu olsun”, “Arşın mal alan” operetalarının, “Əsli və Kərəm”, “Koroğlu” operalarının, Azərbaycanın Dövlət himninin, romans və mahnıların müəllifidir. Bəstəkarın doğum günü milli musiqi bayramı kimi qeyd olunur.
1885 – Bəstəkar və dirijor, Əməkdar incəsənət xadimi Müslüm (Əbdülmüslüm) Məhəmməd oğlu Maqomayev (1885 – 28.7.1937) anadan olub. Üzeyir Hacıbəylinin yaxın sənət arxadaşı kimi Azərbaycan peşəkar musiqili teatrının yaranmasına töhfələr verib. “Şah İsmayıl”, “Nərgiz” operalarının əsərlərinin müəllifidir. Opera və Balet Teatrının dirijoru, Azərbaycan Radiosunun musiqi şöbəsinin rəhbəri olub, “Radio marşı”nı yazıb.
1908 – Əməkdar mədəniyyət işçisi Məmməd Şahverdi oğlu Əmirov (1908–1986) Ağdam rayonunun Novruzlu kəndində doğulub. Füzuli və Ağdam teatrlarında aktyor, direktor işləyib.
1948 – Əməkdar mədəniyyət işçisi Nuviddin Feyzi oğlu Cigərov anadan olub. Qusar rayonundakı “Şahnabat” xalq kollektivinin rəhbəridir.
1978 – Görkəmli aktyor, rejissor, Azərbaycanın və SSRİ-nin Xalq artisti Adil Rza oğlu İsgəndərov (5.5.1910 – 1978) vəfat edib. Akademik Milli Dram Teatrın baş rejissoru, “Azərbaycanfilm”in direktoru işləyib.
1988 – XX əsr Azərbaycan poeziyasının parlaq nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar (1905–1988) vəfat edib. Şair Təbrizdə doğulub, dəqiq təvəllüdü məlum deyil. Doğma Azərbaycan dili ilə yanaşı, fars dilində də şeir topluları yaradıb.
1994 – Bakıda böyük dirijor və bəstəkar, SSRİ Xalq artisti Niyazinin (Niyazi Zülfüqar oğlu Hacıbəyov-Tağızadə) xatirə muzeyi açılıb. Mərasimdə Prezident Heydər Əliyev iştirak edib.
1995 – Prezident Heydər Əliyev Üzeyir Hacıbəylinin şərəfinə 18 sentyabr – “Üzeyir Musiqi Günü”nün qeyd olunması haqqında fərman imzalayıb. Həmin gün dahi bəstəkarın 110 illiyi təntənəli mərasimlə qeyd olunub.
1996 – Bakıda, Respublika Sarayında görkəmli bəstəkar Müslüm Maqomayevin 110 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.
1999 – Bakıda “Musiqinin böyük İpək Yolu” adlı klassik musiqi festivalının açılışı olub. Beynəlxalq festival Mədəniyyət Nazirliyi, Azərbaycan Mədəniyyətinin Dostları Fondu və Bakı Musiqi Akademiyasının təşəbbüsü ilə təşkil olunub.
2008 – Prezident İlham Əliyev Bakı Musiqi Akademiyasına Üzeyir Hacıbəylinin adının verilməsi, dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşri haqqında sərəncamlar imzalayıb.
2009 – Azərbaycanda dahi bəstəkar Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş 1-ci Beynəlxalq musiqi festivalı başlanıb. Hər il Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı ənənəvi olaraq bəstəkarın doğum günündə (Milli Musiqi Günü) açılır.
2009 – Bakıda XI “Şərq-Qərb” Beynəlxalq Kino Festivalı açılıb. Festival sentyabrın 23-dək davam edib.
2013 –Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Memorial kompleks 1918-ci ildə erməni silahlı dəstələrinin Qubada qətlə yetirdikləri dinc əhalinin basdırıldığı kütləvi məzarlığın yerində yaradılıb.
21 SЕNTYABR
21 sentyabr Beynəlxalq Sülh Günüdür. 1981-ci ildə BMT Baş Assambleyasının qərarı ilə “Qlobal atəşkəs və zorakılıqsız gün” kimi təsis edilib.
1865 – Milli teatrımızın ilk peşəkar aktyorlarından biri, rejissor, teatr təşkilatçısı Cahangir Məşədi Rza oğlu Zeynalov (1865 – 22.10.1918) anadan olub. XX əsrin əvvəllərində “Nicat”, “Səfa” və “Nəşri-maarif” mədəni-maarif cəmiyyətləri nəzdindəki teatr truppalarında aktyorluq edib, tamaşalara quruluş verib.
1922 – Azərbaycanda latın qrafikalı əlifa ilə ilk mətbu orqan – “Yeni yol” qəzeti nəşrə başlayıb.
1924 – Bakıda I Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.
1938 – Şairə, yazıçı Nurəngiz Gün (Quliyeva; 1938 – 20.12. 2014) Bakıda doğulub. Azərbaycan Televiziyasının diktoru olub, Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. “Var olun, qızlar...” filmində çəkilib.
1947 – Əməkdar mədəniyyət işçisi Nizami Tahir oğlu Məmmədov Naxçıvan şəhərində doğulub. Naxçıvan şəhər 3 saylı Uşaq musiqi məktəbində çalışır.
1959 – Əməkdar elm xadimi, ədəbiyyatşünas, dilçi, türkoloq, filologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Nizami Qulu oğlu Cəfərov Qazax rayonunun Zəlimxan kəndində anadan olub. 2001-ci ildən Azərbaycanda Atatürk Mərkəzinin müdiridir. Milli Məclisin deputatıdır.
1979 – Bakıda Azərbaycan bəstəkarlarının V qurultayı işə başlayıb. 1982 – Əməkdar artist Hacıməmməd Ələkbər oğlu Qafqazlı (Quliyev; 22.3.1898–1982) vəfat edib. Akademik Dram Teatrında çalışıb. “Qızmar günəş altında”, “Yeddi oğul istərəm” və s. filmlərdə çəkilib.
1909 – İlk azərbaycanlı kinorejissorlardan Səməd Həşim oğlu Mərdanov (1909 – 6.8.1939) anadan olub. 1939-cu ildə “Kəndlilər” bədii filmini çəkib. Tanınmış aktyor Mustafa Mərdanovun qardaşıdır.
1924 – Əməkdar artist, kontrabas ifaçısı İlyas Hüseyn oğlu Hüseynov (1924– 2017) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.
1929 – Publisist, ictimai xadim Əhməd bəy Qaraca (1929–2005) anadan olub. Türkiyədə M.Rəsulzadənin yaratdığı Azərbaycan Kültür Dərnəyinə 1955-ci ildən rəhbərlik edib, dərnəyin “Azərbaycan” jurnalının redaktoru olub.
1929 – Əməkdar elm xadimi, filosof Həsən İsmayıl oğlu Şirəliyev (1929 – 30.11.1997) anadan olub.
1947 – Əməkdar mədəniyyət işçisi Atababa İsmayıl oğlu Hacıbabayev anadan olub. Akademik Milli Dram Teatrının ədəbi hissə müdiri işləyib. Mədəniyyət və İncəsənət Universitetində dərs deyib.
1949 – Əməkdar müəllim, violin ifaçısı Fatimə Fatkul qızı İdyatulina anadan olub. Bakı Musiqi Akademiyasının professorudur.
1953 – Əməkdar memar Nazim Oruc oğlu Vəliyev anadan olub.
1955 – Əməkdar incəsənət xadimi Şəfəq Sultan qızı Əlixanova anadan olub. Azərbaycan Radiosunda çalışır.
1964 – Məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Əbdül oğlu Abdullayev (1876– 1964) vəfat edib. “Segah” muğamının təkrarsız ifaçısı (Segah İslam) kimi tanınıb.
2017 – IX Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin 50 illik yubileyi qeyd olunub.
23 SЕNTYABR
1928 – Tanınmış opera müğənnisi, SSRİ Xalq artisti Firəngiz Yusif qızı Əhmədova (1928 – 16.12.2011) Bakıda doğulu. Akademik Opera və Balet Teatrının solisti (1951–1988) olub. Əsas partiyaları: Nigar (“Koroğlu” – Ü.Hacıbəyli), Nərgiz, Gülzar (“Nərgiz”, “Şah İsmayıl” – M.Maqomayev), Sevil (“Sevil” – F.Əmirov) və s.
1929 – Yazıçı-jurnalist Əfqan (Hacıağa oğlu Əsgərov) anadan olub. “Həsrət də bir vüsaldır”, “Qartal əfsanəsi”, “Bəy İnal“ romanları, “Dədə Bəhmən” trilogiyası və s. əsərlərin müəllifidir.
1929 – Tarixçi, şərqşünas, türkoloq Yusif Bəhlul oğlu Yusifov (1929 – 4.1.1998) Qərbi Azərbaycanın Vedi mahalında doğulub. Azərbaycan Pedaqoji Universitetinin professoru, mixi yazılar üzrə mütəxəssis olub.
1945 – Əməkdar artist Elmira İbrahim qızı Həşimzadə Xaçmazda doğulub. Sumqayıt Dram, Akademik Milli Dram teatrlarında çalışıb, filmlərə çəkilib.
1951 – Xalq artisti, skripka ifaçısı Zəhra Teymur qızı Quliyeva Bakıda anadan olub. Bakı Musiqi Akademiyasının professorudur.
1957 – Əməkdar artist Etibar İsmayıl oğlu Qasımbəyli anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.
1969 – Şair-publisist Ülvi Yusif oğlu Bünyadzadə (1969 – 20.1.1990) doğulub. 20 Yanvar qırğınında şəhid olub.
1970 – Görkəmli yazıçı-dramaturq, ssenarist Sabit Rəhman (Sabit Kərim oğlu Mahmudov; 26.3.1910 – 1970) vəfat edib. “Toy”, “Nişanlı qız”, “Əliqulu evlənir” və s. pyeslərin, “Əhməd haradadır?”, “Ulduz” filmlərinin ssenari müəllifidir.
1989 – Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə Dövlət Kinematoqrafiya Komitəsi ləğv edilib və səlahiyyətləri Mədəniyyət Nazirliyinə verilib. 1989-cu ildə nazirliyin tabeliyində “Azərkinovideo” İstehsalat Birliyi yaradılıb. “Azərkinovideo” 1991-ci ildən müstəqil qurum kimi fəaliyyət göstərib, 2001-ci ildə ləğv edilib və kino sahəsində dövlət idarəetmə funksiyaları yenidən Mədəniyyət Nazirliyinə verilib.
2013 – III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən (23–25 sentyabr) sərgi-yarmarkada 20-dək xarici ölkə təmsil olunub.
24 SЕNTYABR
1936 – Xalq artisti, bədii qiraət ustası Əminə Yusifqızı anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Akademik Milli Dram teatrlarında, “Azərbaycanfilm” kinostudiyasında çalışıb, filmlərin dublyajında iştirak edib.
1943 – Xalq rəssamı, heykəltəraş, professor Fuad Məmmədəmin oğlu Salayev Bakıda anadan olub. Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektorudur.
1952 – Xalq artisti Xalidə Camal qızı Quliyeva anadan olub. 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında fəaliyyətə başlayıb. “Nəsimi”, “Bakıda küləklər əsir”, “Tütək səsi” və s. filmlərə çəkilib.
1998 – Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində görkəmli şair Tofiq Bayramın büstünün açılışı keçirilib. Prezident Heydər Əliyev mərasimdə çıxış edib.
2012 – Prezident İlham Əliyev Xalq artisti, tanınmış müğənni Şövkət Ələkbərovanın 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2013 – Bakıda Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası keçirilib.
25 SЕNTYABR
1890 – Folklorşünas alim, Əməkdar mədəniyyət işçisi Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 – 2.9.1988) anadan olub.
1896 – Xalq rəssamı, Dövlət mükafatı laureatı Sergey Mitrofanoviç Yefimenko (1896–1971) anadan olub. 1927-ci ildən Dövlət Rus Dram Teatrında rəssam və baş rəssam işləyib, Opera və Balet Teatrında çalışıb.
1906 – Azərbaycanın və Türkmənistanın Əməkdar artisti, opera müğənnisi Xanlar Məmməd oğlu Haqverdiyev (1906 – 5.12.1980) Ağdam rayonunun Seyidli kəndində doğulub. Akademik Opera və Balet Teatrında çalışıb. 1930-cu illərdə Türkmənistanda Opera və Dram Teatrının yaradılmasında böyük xidmətləri olub.
1906 – Xalq artisti Solmaz (Nina) Orlinskaya (1906–1973) anadan olub. Tifis Azərbaycan teatrında çalışıb, 1933-cü ildən Gəncə Dram Teatrının aktrisası olub.
1910 – Xalq artisti Sergey İliç Yakuşev (1910–1995) Həştərxanda doğulub. 1948-ci ildən Dövlət Rus Dram Teatrının aktyoru olub.
1913 – Xalq rəssamı, Dövlət mükafatları laureatı Nüsrət Möhsün oğlu Fətullayev (1913 – 1.10.1987) Lənkəran rayonunda doğulub. 1935-ci ildən Akademik Milli Dram Teatrında çalışıb, teatrın baş rəssamı olub.
1913 – Yazıçı Şəmistan Yusif oğlu Əsgərov (1913–1985) anadan olub. Kitabları: “Müstəntiq Cəbrayılov”, “İtmiş güllə”, “Üç düşmən” və s.
1928 – Kinorejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Arif Hacağa oğlu Babayev (1928 – 26.8.1983) Bakıda doğulub. Filmləri: “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə”, “Alma almaya bənzər”, “Birisigün, gecəyarısı...” və s.
1929 – Tanınmış kitabxanaşünas alim Tacəddin Fərhad oğlu Quliyev (1929–2005) Goranboy rayonunun Zeyvə kəndində anadan olub. Respublika Kitabxana Kollektorunun direktoru, BDU-nun kafedra müdiri işləyib.
1935 – Tanınmış ədəbiyyatşünas, filosof Asif Qasım oğlu Əfəndiyev (Asif Ata; 1935 – 6.6.1997) anadan olub. “Dairələr”, “İnsan yolu”, “Tarixə çatmaq” və d. fəlsəfi-bədii əsərlərin müəllifidir.
1946 – Xalq artisti, opera müğənnisi Şahlar Həsənağa oğlu Quliyev Cəlilabad rayonunda anadan olub. Opera tamaşalarında əsas partiyaları: Nofəl (“Leyli və Məcnun”), Aslan şah (“Şah İsmayıl”), Həsən xan (“Koroğlu”) və s.
1946 – Əməkdar rəssam Həmzə Yusif oğlu Abdullayev anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin dosentidir.
1950 – Xalq artisti Alim Tahir oğlu Məmmədov Gəncədə anadan olub. Gəncə Dövlət Dram Teatrının aktyorudur, filmlərə (“Bir cənub şəhərində”, “O dünyadan salam” və s.) çəkilib.
1958 – Əməkdar mədəniyyət işçisi Telnaz İsa qızı Adıgözəlova anadan olub. Xaçmaz şəhər Uşaq incəsənət məktəbinin direktorudur.
1958 – Əməkdar müəllim Aliyə Aydın qızı Zeynalova anadan olub. Bakı şəhəri Gözdən əlil uşaqlar üçün 38 saylı Musiqi məktəbinin müəllimidir.
1964 – Əməkdar memar Fatma Əliağa qızı Əhmədova anadan olub.
1968 – Əməkdar artist Yusif Fikrət oğlu Abdurahmanov Qax rayonunun Almalı kəndində anadan olub. Qax Dövlət Kukla Teatrının baş rejissorudur.
1976 – Əməkdar artist Anar Mithət oğlu Heybətov Bakıda anadan olub. Akademik Milli Dram Teatrının aktyorudur, filmlərə çəkilib.
26 SЕNTYABR
1949 – Əməkdar rəssam Rza Muxtar oğlu Avşarov Gəncə şəhərində doğulub. Natürmort və mənzərə janrlarında əsərlərin müəllifidir. Teatr tamaşalarına bədii tərtibat verib.
1950 – Xalq artisti, kamança ifaçısı Fəxrəddin Əlisahib oğlu Dadaşov anadan olub. Azərbaycan Televiziya və Radiosu Ə.Bakıxanov adına Xalq çalğı alətləri ansamblının konsertmeysteridir, Milli Konservatoriyada çalışır.
1956 – Xalq artisti Ramiz Soltan oğlu Məmmədov anadan olub. Akademik Musiqili Teatrda çalışır. Televiziya tamaşalarında, filmlərdə (“Alma almaya bənzər”, “Yalan”) çəkilib.
1961 – Görkəmli müğənni, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ Xalq artisti Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov; 22.6.1897 – 1961) vəfat edib.
1967 – Əməkdar artist Nağəddin Ağarza oğlu Məmmədov (1967 – 22.5.2019) Göygöl rayonunda doğulub. Gəncə Dövlət Kukla Teatrının aktyoru olub.
1968 – Əməkdar artist, rəqqas Sənan Həsrət oğlu Hüseynli anadan olub. Bakı Xoreoqrafiya Akademiyasının Milli rəqslər kafedrasının müdiridir.
1978 – Ukraynada Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü (5 oktyabradək) başlanıb.
1982 – Əməkdar artist, cazmen, pianoçu Elçin Elxan oğlu Şirinov Bakıda anadan olub.
1985 – Azərbaycan SSR Mədəniyyət Nazirliyinin əmri ilə Azərbaycan Xalçası və Xalq-Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı yaradılıb. Muzeyin filialı 19 may 1987-ci ildə fəaliyyətə başlamışdı.
2011 – II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı keçirilib. Sərgi-yarmarka 30 sentyabradək davam edib.
27 SЕNTYABR
1931 – Əməkdar incəsənət xadimi, musiqişünas, professor Bilqeyis Mir Əbdül Qəni qızı Qarayeva-Məmmədova (1931 – 3.7.2010) anadan olub. Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) prorektor işləyib.
1970 – Əməkdar artist Mübariz Səməd oğlu Əsgərov Naxçıvan şəhərində doğulub. Naxçıvan Dövlət Filarmoniyasının vokalçısıdır.
1977 – Tanınmış şair, respublika Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Sətar oğlu Cəmilzadə; 20.10.1913 – 1977) vəfat edib. Rus, Ukrayna, gürcü, belorus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
2003 – Prezident Heydər Əliyevin sərəncamı ilə qədim “Şabran şəhəri” tarix və mədəniyyət abidəsi tarixi qoruq elan edilib.
2013 – Prezident İlham Əliyev Xalq şairi, Dövlət mükafatı laureatı Məmməd Arazın 80 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
2018 – Azərbaycanda ilk dəfə Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən festival sentyabrın 30-dək davam edib.
2019 – Bakıda VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb. Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən sərgi-yarmarka 29 sentyabradək davam edib.
28 SЕNTYABR
1934 – Böyük fars şairi Əbülqasım Firdovsinin 1000 illiyi münasibətilə Azərbaycan Dövlət Muzeyində sərgi açılıb.
1937 – Əməkdar memar Ofeliya Musa qızı Babayeva anadan olub.
1937 – Əməkdar mədəniyyət işçisi Yekaterina Tarasovna Lomaşvili anadan olub.
1943 – Əməkdar müəllim Tomirida Abdulla qızı Qarayeva anadan olub. Bakı Musiqi Akademiyasında çalışır.
1953 – Xalq artisti Əjdər Qüdrət oğlu Həmidov Şabran rayonunda anadan olub. Sumqayıt teatrında çalışıb, Milli Dram Teatrının aktyorudur, filmlərə çəkilib.
1961 – Əməkdar müəllim İradə Adil qızı Məmmədova anadan olub. Bakı şəhəri R.Behbudov adına 2 saylı Musiqi məktəbinin müəllimidir.
1972 – Əməkdar incəsənət xadimi, rejissor Ülviyyə Könül (Kərimova Ülviyyə Oqtay qızı) Bakıda anadan olub.
1978 – Görkəmli yazıçı, ədəbiyyatşünas, professor, Əməkdar elm xadimi Mir Cəlal Əli oğlu Paşayev (26.4.1908 – 1978) vəfat edib. “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yaşıdlarım” və s. romanların müəllifidir.
1985 – Əməkdar mədəniyyət işçisi, aşıq Hüseyn Cavan (Hüseyn Mikayıl oğlu Əliyev; 1916–1985) vəfat edib. Cənubi Azərbaycanın Qaradağ mahalında doğulub, 1946-cı ildən Goranboy rayonunda yaşayıb.
2017 – V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası işə başlayıb. Sərgi-yarmarka sentyabrın 30-dək davam edib.
2018 – Bakıda Azərbaycan aşıqlarının VI qurultayı keçirilib. Qurultayda Əməkdar elm xadimi, folklorşünas alim Məhərrəm Qasımlı yenidən Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.
2018 – Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Mədəniyyət Nazirliyinin müvafiq təklifi nəzərə alınaraq Azərbaycan Dövlət Din Tarixi Muzeyi Azərbaycan İstiqlal Muzeyinə birləşdirilib.
2019 – Azərbaycanda II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayıb. Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşən festival oktyabrın 1-dək davam edib. Nəsimi Festivalı ilk dəfə 2018-ci ildə keçirilib.
29 SЕNTYABR
1833 – Şair, rəssam, xətat, musiqişünas, təzkirəçi Mir Möhsün Nəvvab (1833–1918) Şuşada doğulub. Qarabağda doğulmuş 100-dən artıq şairin həyatı və yaradıcılığı haqqında məlumatların yer aldığı “Təzkireyi-Nəvvab” toplusunu tərtib edib. Şuşada “Məclisi-fəramuşan” ədəbi məclisini təşkil edib.
1924 – Bakıda I Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.
1945 – Xalq artisti, müğənni, cazmen Cavan (Cavanşir) Mirzəməmməd oğlu Zeynallı Bakıda anadan olub. “Qaya” ansamblının solisti olub, filmlərdə mahnılar ifa edib.
1953 – Əməkdar rəssam Rəşid İbrahim oğlu Həsənov (Rəşid Şerif) Bakının Mərdəkan qəsəbəsində anadan olub. Karikaturaçı və teatr rəssamı kimi tanınıb, Dövlət Yuğ Teatrında çalışır.
1962 – Əməkdar artist, tanınmış diktor Bəxtiyar Nadir oğlu Şərifzadə (1962 – 24.6.2016) Qax rayonunda anadan olub.
1962 – Əməkdar mədəniyyət işçisi İlqar Mustafa oğlu Cəfərov Sumqayıtda anadan olub. Akademik Milli Dram Teatrında çalışır.
1972 – Əməkdar artist, truba ifaçısı Vladislav Aleksandroviç Kuznetsov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir, pedaqoji fəaliyyət göstərir.
1973 – Əməkdar artist Yaqut Nəriman qızı Paşayeva anadan olub. Mədəniyyət və İncəsənət Universitetində çalışır.
1976 – Əməkdar artist Fəridə Kamal qızı Məmmədova anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistidir.
1981 – Əməkdar mədəniyyət işçisi, aşıq Samirə Zimirxan qızı Əliyeva anadan olub. Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.
2016 – Heydər Əliyev Mərkəzində V Bakı Beynəlxalq Humanitar Forumunun açılışı keçirilib. Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə əsası qoyulan (2011) Forum mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin tərkib hissəsidir.