Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Azərbaycanın mədəniyyət təqvimi” elektron kataloqu (01.11.2021-ci il tarixədək)

13.10.2021

16 OKTYABR

1923 – Xalq yazıçısı, şair, ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlu (Gülhüseyn Hüseyn oğlu Abdullayev; 1923 – 8.7.2013) Masallı rayonunun Mollaoba kəndində doğulub. Azərbaycan ədəbiyyatında mənsur şeirin dəyərli nümunələrini yaradıb. BDU-nun professoru olub.

1926 – Bəstəkar, pedaqoq, Xalq artisti, professor Ramiz Mustafayev (1926 – 10.4.2008) anadan olub. “Vaqif, “Polad”, “Xan və əkinçi” operalarının, operetaların, simfoniyaların və s. müəllifidir. 1940-cı illərdə Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib.

1935 – Yazıçı və kinodramaturq Əli Hüseyn oğlu Qafarov (1935–1979) anadan olub. “Azərbaycanfilm”də çəkilmiş bir neçə bədii (“Qızıl qaz”, “Çarvadarların izi ilə”) və sənədli filmlərin ssenari müəllifidir.

1946 – Kinooperator Əsgər oğlu Köçəri Məmmədov (1946–26.05.2008) Gədəbəy rayonunda doğulub. Azərbaycanın yeni tarixini əks etdirən sənədli və xronikal filmlərin operatoru olub.

1949 – Əməkdar elm xadimi, akademik, ədəbiyyatşünas alim İsa Əkbər oğlu Həbibbəyli Naxçıvan MR Şərur rayonunun Danyeri kəndində anadan olub. AMEA-nın vitse-prezidenti (2013-cü ildən), Ədəbiyyat İnstitutunun direktoru, Milli Məclisin deputatıdır.

1963 – Xalq artisti, bəstəkar Vasif Kərim oğlu Allahverdiyev anadan olub. Atatürkə həsr olunmuş simfoniya, Heydər Əliyevə həsr olunmuş “Ömür yolu” simfonik poeması, “Qarabağ balladası” və s. əsərlərin müəllifidir.

1967 – Xalq artisti, müğənni Zülfiyyə Güloğlan qızı Xanbabayeva Bakıda anadan olub.

17 OKTYABR

1905 – Yazıçı Məhəmməd Əsəd bəy (Qurban Səid; 1905–1942) Bakıda anadan olub. Sovetləşmədən sonra Almaniyaya mühacirət edib. İtaliyada vəfat edib. “Əli və Nino” romanı ilə şöhrət qazanıb, tarixi mövzuda 20-dək əsərin müəllifidir.

1915 – Operator, rejissor, Xalq artisti Cavanşir Musa oğlu Məmmədov (1915–1997) Şuşada doğulub. Müharibə illərində (1941–1945) Mərkəzi sənədli filmlər studiyasında fəaliyyət göstərib. Bakı kinostudiyasında sənədli filmlər çəkib.

1924 – Şair Hüseyn Razi (Hüseyn Məmməd oğlu Rzayev; 1924 – 17.2.1998) Ordubad rayonunda anadan olub.

1936 – Yazıçı Çingiz Əbülhəsən oğlu Ələkbərzadə (1936 – 7.1.1999) anadan olub. “Güllələr dənizdə sönür”, “Qızıl yəhərli at” və s. kitabların, “Vulkana doğru” filminin ssenari müəllifidir.

1949 – Tanınmış dilçi alim, türkoloq, filologiya elmləri doktoru Məhəbbət Mirzəxan qızı Mirzəliyeva (1949 – 22.7.2016) Bakıda anadan olub.

1959 – Əməkdar mədəniyyət işçisi Mayıl Hilal oğlu Əhmədov anadan olub. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktorudur.

1978 – Əməkdar artist Rasim Valeh oğlu Cəfərov anadan olub. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur, filmlərə çəkilib.

1997 – Bakıda, Respublika Sarayında məşhur müğənni və bəstəkar Müslüm Maqomayevin anadan olmasının 55 illiyinə həsr edilmiş gecə keçirilib. Prezident Heydər Əliyev yubiley gecəsində iştirak edib.

2003 – Tanınmış şair Nüsrət Yusif oğlu Kəsəmənli (29.12.1946 – 2003) vəfat edib. Bir çox şeirlərinə musiqi bəstələnib, sənədli filmlərin ssenari müəllifidir. “Azərbaycanfilm”də baş redaktor işləyib, “Doğma sahillər” filmində çəkilib.

2017 – Prezident İlham Əliyev böyük bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, dövlət mükafatları laureatı Qara Qarayevin 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

2018 – Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyi təntənəli şəkildə qeyd olunub.

19 OKTYABR

1898 – Tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 – 29.3.1976) Bakıda anadan olub.

1932 – Əməkdar incəsənət xadimi, rəssam Sara Məmmədağa qızı Manafova (1932 –13.8.2007) Bakıda anadan olub. Füzulinin “Leyli və Məcnun” poemasına triptix, “Xocalı faciəsi. Haray” və s. tabloların müəllifidir. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.

1942 – Əməkdar mədəniyyət işçisi Tamara Rəhman qızı Eyvazova anadan olub. Akademik Opera və Balet Teatrının əməkdaşıdır.

1962 – Əməkdar rəssam, heykəltəraş Seyfəddin Əli oğlu Qurbanov Naxçıvan MR Şərur rayonunun Siyaqut kəndində doğulub. Ukraynada yaşayır, bu ölkənin Xalq rəssamı adına layiq görülüb. İmadəddin Nəsiminin Kiyevdə, Nizaminin Lyublyanada ucaldılan heykəllərinin müəllifidir.

1963 – Əməkdar artist Rəna Nuruş qızı Əliyeva anadan olub. Daxili Qoşunların Nümunəvi hərbi orkestrinin solistidir.

1972 – Opera müğənnisi, Xalq artisti Fatma Sətar qızı Muxtarova (26.3.1893 – 1972) vəfat edib.

1995 – Prezident Heydər Əliyev görkəmli müğənni, SSRİ Xalq artisti, dövlət mükafatları laureatı Rəşid Behbudovun anadan olmasının 80 illiyi haqqında sərəncam imzalayıb.

2005 – Prezident İlham Əliyev görkəmli xalçaçı-rəssam Kamil Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb.

2006 – Parisdə, UNESCO-nun mənzil-qərargahında təşkilatın 60 illik yubileyinə həsr olunmuş “Sivilizasiyalararası dialoq” həftəsi çərçivəsində “Azərbaycan – sivilizasiyaların və mədəniyyətlərin kəsişdiyi yer” adı altında Azərbaycan günü keçirilib.

20 OKTYABR

1906 – Əməkdar artist İbrahim Ağahüseyn oğlu Hüseynov (Şünasi; 1906–1961) Bakıda doğulub. Musiqili Komediya, Akademik Dram teatrlarında çalışıb.

1910 – İlk azərbaycanlı qadın teatr rəssamlarından biri İzzət Əli qızı Seyidova (1910 – 30.11.1973) anadan olub. Leninqrad Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda oxuyub, 1938-ci ildən Opera və Balet Teatrında fəaliyyət göstərib.

1913 – Tanınmış şair, respublika Dövlət mükafatı laureatı Əhməd Cəmil (Əhməd Sətar oğlu Cəmilzadə; 1913 – 27.9.1977) İrəvanda doğulub. Ədəbi nəşrlərə rəhbərlik edib. Rus, Ukrayna, gürcü, belorus, özbək şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1917 – Xalq artisti, opera müğənnisi İdris Fərhad oğlu Ağalarov (1917 – 4.5.1975) Tifisdə doğulub. 1937-ci ildən Akademik Opera və Balet Teatrının solisti olub.

1922 – Xalq artisti, müğənni Şövkət Feyzulla qızı Ələkbərova (1922 – 7.2.1993) anadan olub. Məlahətli səsi ilə Azərbaycan musiqisini dünyanın bir sıra ölkələrində tanıdıb. Bülbül adına Orta ixtisas musiqi məktəbində dərs deyib.

1922 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi latın əlifasının ərəb əlifası ilə bərabər hüquqa malik olması haqqında dekret verib.

1923 – Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi “Yeni Azərbaycan əlifasının dövlət əlifası kimi tanınması haqqında” dekret qəbul edib. Latın qrafikalı Azərbaycan əlifası 1929-cu ildən tam tətbiq olunmağa başladı və 1939-cu ilədək qüvvədə oldu.

1929 – Bakıda Ümumazərbaycan yazıçılarının II qurultayı başlanıb. Qurultay Azərbaycan ədəbiyyatının inkişafını qiymətləndirərək, ilk beşillik planla əlaqədar yazıçıların vəzifələrini müəyyən edib.

1931 – Bakıda Şərq xalqlarının musiqi gecəsi keçirilib. Gecəyə Yerevandan, Tiflisdən məşhur musiqiçilər dəvət edilmişdi.

1940 – İctimai-siyasi xadim, yazıçı, tarix elmləri doktoru Həsən Əziz oğlu Həsənov Tifisdə doğulub. Azərbaycanın baş naziri, xarici işlər naziri olub. 2010-cu ildən diplomatik fəaliyyətdədir. “Brüsseldən məktublar” pyesinin (M.F.Axundzadə haqqında), tarixi mövzuda kitabların müəllifidir. 

1946 – Əməkdar mədəniyyət işçisi Elbrus Əli oğlu Ələkbərov Naxçıvan şəhərində doğulub.

1956 – Əməkdar mədəniyyət işçisi Aslan Miri oğlu Fətullayev anadan olub. Sumqayıt şəhər “Dostluq” mədəniyyət evinin direktorudur.

1960 – Əməkdar artist Əzizağa Ağayar oğlu Əzizov anadan olub. Akademik Musiqili Teatrın aktyorudur, filmlərə çəkilib.

1962 – Sənətşünasıq üzrə fəlsəfə doktoru, professor Lalə Şirməmməd qızı Hüseynova anadan olub. Azərbaycan Milli Konservatoriyasının prorektorudur.

1995 – Əməkdar artist Mustafa Hüseyn oğlu Sərkarov (1905–1995) vəfat edib. Gəncə Dram Teatrında aktyor, truppa müdiri işləyib.

1999 – Milli Məclis Azərbaycan Respublikasının “Arxeoloji irsin qorunması haqqında” Avropa Konvensiyasına (16 yanvar 1992-ci il) qoşulması barədə qanun qəbul edib.

21 OKTYABR

1932 – Xalq şairi, ədəbiyyatşünas, ictimai xadim Xəlil Rza Ulutürk (Xəlil Rza oğlu Xəlilov; 1932 – 22.6.1994) Salyan rayonunun Pirəbbə kəndində anadan olub. 1988-ci ildə başlanan milli-azadlıq hərəkatında iştirak edib, 1990-cı ilin 20 Yanvar qırğınından sonra həbs edilib, Moskvada Lefortovo həbsxanasında saxlanılıb. Kitabları: “Hara gedir bu dünya”, “Məndən başlanır vətənim”, “Türkün dünyası” və s.

1932 – Əməkdar mədəniyyət işçisi, aşıq Kamandar Həmid oğlu Əfəndiyev (1932 – 26.10.2000) Gürcüstanın Marneuli rayonunun Kürüstü Kəpənəkçi kəndində doğulub. 1987-ci ildə Tbilisidə Beynəlxalq xalq yaradıcılıq festivalının laureatı olub.

1935 – Ədəbiyyatşünas alim, professor, Prezident təqaüdçüsü Fəridə Ağaəli qızı Vəlixanova anadan olub. Azərbaycanda tərcüməşünaslıq elminin ilk tədqiqatçısıdır.

1938 – Ədəbiyyatşünas alim, şair Əmin Abid Gültəkin (Əmin Mütəllib oğlu Əhmədov; 1898–1938) vəfat edib. Azərbaycan ədəbiyyatı tarixinə dair monoqrafiyaların, mili-azadlıq ruhlu şeirlərin müəllifidir. Repressiya qurbanı olub.

1941 – Əməkdar incəsənət xadimi, aşıq Hüseyn Bozalqanlı (Hüseyn Cəfərqulu oğlu Quliyev; 1863–1941) vəfat edib.

1972 – Əməkdar artist, xanəndə Sevinc Ərşad qızı Sarıyeva anadan olub. Beynəlxalq Muğam Mərkəzinin solistidir.

1976 – Xalq artisti, müğənni, bəstəkar Tünzalə Qabil qızı Ağayeva Tovuz şəhərində anadan olub. 

1919 – Bəstəkar Ərtoğrul Cavid (Rasizadə; 1919 – 14.10.1943) anadan olub. Böyük şair və dramaturq Hüseyn Cavidin oğludur. Romans və mahnılar bəstələyib. Azərbaycan xalq mahnılarını nota köçürüb.

1920 – Nasir Məmməd Aranlı (Məmməd Salman oğlu Ağayev; 1920–1950) Ağcabədidə anadan olub.

1921 – Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921 – 1.3.2005) İrəvan şəhərində doğulub. “Füzuli”, “Nəsimi”, “Nizami” portret-xalçalarının müəllifidir.

1929 – Tanınmış filosof, akademik Fuad Feyzulla oğlu Qasımzadə (1929 – 3.8. 2010) Bakıda doğulub. Böyük mütəfəkkir şair M.Füzulinin fəlsəfi dünyagörüşü ilə bağlı tədqiqatların müəllifidir.

1940 – Tərcüməçi, publisist, Əməkdar jurnalist Mailə Balabəy qızı Muradxanlı (1940–2010) Salyan şəhərində anadan olub.

1956 – Əməkdar mədəniyyət işçisi, kino istehsalı təşkilatçısı Aydın Həsən oğlu Hüseynov anadan olub. “Azərbaycanfilm” kinostudiyasında bir sıra filmlərin direktoru olub.

1970 – Azərbaycanda kukla teatrının yaradıcılarından biri, aktyor, rejissor Molla Ağa Bəbirli (15.9.1905 – 1970) vəfat edib.

1990 – Əməkdar artist Narınc Murad qızı Məlikova (1917–1990) vəfat edib. Füzuli və Ağdam teatrlarında aktrisa kimi fəaliyyət göstərib.

2010 – Azərbaycanda I Beynəlxalq Aşıq Festivalı başlayıb. Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən (22–27 oktyabr) festivala İran, Türkiyə, Dağıstan, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Qazaxıstandan aşıq və folklor qrupları qatılıb.

2013 – Parisdə, UNESCO-nun mənzil-qərargahında böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuvinin anadan olmasının 550-ci ildönümünə həsr olunmuş beynəlxalq simpozium keçirilib.

23 OKTYABR 

1940 – Azərbaycan Rəssamlar İtifaqının I (təsis) qurultayı işə başlayıb. Qurultay oktyabrın 25-dək davam edib. Əməkdar incəsənət xadimi İsmayıl Axundov yaradıcı itifaqın ilk sədri seçilib.

1944 – Xalq artisti Lyudmila Semyonovna Duxovnaya Bakıda anadan olub. 1963-cü ildən S.Vurğun adına Dövlət Rus Dram Teatrının aktrisasıdır, filmlərə çəkilib.

1953 – Tanınmış xanəndə Səxavət Əmirxan oğlu Məmmədov (1953 – 30.9.1991) Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub. Xalq mahnıları, muğam və təsnifərin mahir ifaçısı olub. Avtomobil qəzasında dünyasını dəyişib.

2002 – Prezident Heydər Əliyev böyük şair və dramaturq Hüseyn Cavidin 120 illik yubileyi haqqında sərəncam imzalayıb.

24 OKTYABR

1882 – Böyük şair-dramaturq Hüseyn Cavid (Hüseyn Abdulla oğlu Rasizadə; 1882 – 5.12.1941) Naxçıvanda anadan olub. Azərbaycan ədəbiyyatında ilk mənzum dramların, tarixi-fəlsəfi pyeslərin (“İblis”, “Topal Teymur”, “Şeyx Sənan”, “Xəyyam” və s.) müəllifidir. 1938-ci ildə repressiya olunub, 1941-ci ildə Sibirdə sürgündə vəfat edib. 1982-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə nəşi Vətənə gətirilərək Naxçıvanda dəfn olunub.

1919 – Azərbaycan Xalq Cümhuriyyəti hökumət və parlament üzvlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub. Hökumətin 1918-ci il 9 oktyabr tarixli qərarına əsasən, teatr işi Xalq Maarifi Nazirliyinin sərəncamına verilmiş və mövcud truppalar əsasında Dövlət Teatrının təşkili tapşırılmışdı. Dövlət Teatrının direktoru Qulamrza Şərifzadə, direktor müavini Zülfüqar Hacıbəyov idi.

1923 – Tanınmış aktyor Dadaş Nadir oğlu Kazımov (1923–1992) Bakıda doğulub. 1956-cı ildən Musiqili Komediya Teatrında çalışıb, filmlərə çəkilib.

1928 – Xalq artisti, bəstəkar İbrahim Qurban oğlu Məmmədov (1928–1993) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlərin, uşaqlar üçün “Tülkü və Alabaş” opera-baletinin müəllifidir. Azərbaycan Dövlət Konservatoriyasının professoru olub.

1929 – Musiqişünas, sənətşünaslıq namizədi, Əməkdar müəllim Solmaz Cəlal qızı Qasımova (1929–2016) Bakıda doğulub. Bakı Musiqi Akademiyasının professoru olub.

1929 – Ədəbiyyatşünas alim, professor Şəmistan Abdu oğlu Mikayılov (1929– 2018) Gürcüstanın Bolnisi rayonunun Faxralı kəndində doğulub. Ədəbiyyat üzrə dərsliklərin müəllifidir.

1931 – Əməkdar mədəniyyət işçisi Rimma Əli qızı Abdullayeva (1931–2017) Ağdam rayonunda doğulub. “Azərbaycanfilm” kinostudiyasında film direktoru vəzifəsində işləyib.

1947 – Əməkdar artist Ramis Ağahəsən oğlu Heydərov anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistidir.

1949 – Bəstəkar Firəngiz Seyfəl Qizi Babayeva anadan olub. Piano üçün pyeslərin, populyar mahnıların müəllifidir. 

1954 – Əməkdar müəllim, xor dirijoru Zenfira İslam qızı Nurullayeva anadan olub. Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində çalışır.

1969 – Əməkdar artist Kərimduxt Rövşən Ramazan oğlu Sumqayıtda anadan olub. Akademik Milli Dram Teatrının aktyorudur, filmlərə çəkilib.

1975 – Azərbaycan KP MK “Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiyasının işində ciddi nöqsanlar haqqında” qərar qəbul edib. 10 cildlik Azərbaycan Sovet Ensiklopediyası 1976–1988-ci illərdə nəşr olundu.

1980 – Əməkdar artist, tarzən Sahib Ağaverdi oğlu Paşazadə anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Beynəlxalq Muğam Mərkəzinin solistidir. Səmərqənddə “Şərq təranələri” festivalının (2017) qalibi olub.

1993 – Xalq artisti, ustad xanəndə, qəzəlxan-şair Hacıbaba Hüseynəli oğlu Hüseynov (15.3.1919 – 1993) vəfat edib. Çoxsaylı təsnifərin müəllifidir, istedadlı qəzəlxan kimi tanınıb.

2002 – Bakıda Hüseyn Cavidin ev-muzeyinin açılışı keçirilib. Prezident Heydər Əliyev mərasimdə iştirak edib.

2011 – Prezident İlham Əliyev Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 90 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

2017 – Prezident İlham Əliyev böyük şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi haqqında sərəncam imzalayıb.

25 OKTYABR 

1907 – Ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor Mirzəağa Yüzbaşı oğlu Quluzadə (1907–1979) anadan olub. 50-ci illərdə Azərbaycan EA-nın Ədəbiyyat və Dil İnstitutunun direktoru işləyib.

1911 – Biblioqraf, ədəbiyyatşünas, pedaqoq Əliheydər Bala oğlu Qəhrəmanov (1911–1959) anadan olub.

1912 – Xalq rəssamı Bədurə Məlik qızı Əfqanlı (Ağamalova; 1912 – 6.5.2002) anadan olub. Akademik Milli Dram Teatrında, “Azərbaycanfilm” kinostudiyasında (“Dəli Kür”, “Dədə Qorqud” və s. filmlər) geyim üzrə rəssam işləyib.

1913 – Bakıda (Tağıyev teatrında) Üzeyir Hacıbəylinin “Arşın mal alan” operetasının ilk tamaşası olub. Tamaşaya Hüseynqulu Sarabski quruluş verib.

1921 – Görkəmli aktrisa, Xalq artisti Nəcibə Haşım qızı Məlikova (1921 – 6.7.1992) anadan olub. Gəncə teatrında, 1952- ci ildən Akademik Milli Dram Teatrında çalışıb. “Ögey ana”, “Aygün”, “Əhməd haradadır?”, “Arşın mal alan” (1965) filmlərində yaddaqalan obrazlar yaradıb.

1923 – Bakı Rus “Tənqid-təbliğ” Teatrı yenidən təşkil olunaraq Bakı İşçi Teatrı adlandırılıb. Sonradan bu sənət ocağı S.Vurğun adına Dövlət Rus Dram Teatrı adlandırıldı.

1925 – Yazıçı, tarixçi, şərqşünas Əbdül Ənbiyə oğlu Hüseynov (1925 – 14.5.2017) Bakının Əmircan kəndində doğulub. Türkmənistan mədəniyyət nazirinin müavini olub. 1960-cı ildən Moskvada yaşayıb. “İslam dünyasının cəngavəri”, “Üsyankar Xaqani” və s. tarixi romanların müəllifidir.

1930 – Xalq rəssamı, qrafik Elmira Həbibulla qızı Şahtaxtinskaya (1930 – 13.10.1996) Bakıda anadan olub. “Azərbaycan qədim mədəniyyət diyarıdır” plakatlar silsiləsi, “Novruz bayramı” tablosu və s. əsərlərin müəllifidir.

1935 – Qəzəlxan şair Hacı Mail (Mail İsmayıl oğlu Əliyev; 1935 – 22.8.1999) anadan olub.

1944 – Musiqişünas, sənətşünaslıq namizədi, Əməkdar müəllim, professor Ülviyyə İsmayıl qızı İmanova anadan olub. 

1954 – Görkəmli aktyor, SSRİ Xalq artisti Mirzəağa Əli oğlu Əliyev (1883–1954) vəfat edib. 1919-cu ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb. Bakı Tənqid-Təbliğ Teatrının təşkilatçılarından olub. “Hacı Qara”, “Almaz”, “Bakının işıqları” və s. filmlərə çəkilib.

1959 – Əməkdar mədəniyyət işçisi, teatrşünas, kino təşkilatçısı Almaz Hacıbala qızı Sultanzadə anadan olub.

1960 – Əməkdar artist Sənubər Sabir qızı İsgəndərli Bakıda doğulub. Gənclər Teatrında çalışıb. 1997-ci ildən Akademik Milli Dram Teatrının aktrisasıdır. “Kişi sözü”, “Fəryad” və s. filmlərə çəkilib.

1965 – Əməkdar incəsənət xadimi, tanınmış rəssam Vəcihə Əli Səmədova (1924–1965) vəfat edib. Əsərləri: “Toy günü”, “Nişan aparanlar”, “Kür qırağında” və s.

1981 – Əməkdar artist Tural Aydın oğlu Ağasıyev anadan olub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının, Opera və Balet Teatrının solistidir.

1982 – Əməkdar artist Bəhruz Vaqif oğlu Əhmədli Zəngilan rayonunda anadan olub. Pantomima Teatrında aktyor və rejissor olaraq çalışır, filmlərə çəkilib.

1991 – Moskvada dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin (heykəltəraşlar – Telman Zeynalov, Eldar Zeynalov) açılışı keçirilib.

2008 – Dünya şöhrətli müğənni və bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti Müslüm Maqomayev (17.8.1942 – 2008) vəfat edib. Bakıda, Fəxri xiyabanda dəfn olunub.

2018 – VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. “Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusuna həsr olunan Foruma (25–26 oktyabr) 90 ölkədən və 20-dən çox beynəlxalq təşkilatdan nümayəndələr qatılıb.

27 OKTYABR

1900 – Azərbaycanın və SSRİ-nin Xalq artisti, rejissor, aktyor Mixail İvanoviç Jarov (1900–1981) Moskvada doğulub. Azərbaycan Dövlət Rus Dram Teatrında (1933–1937) çalışıb.

1931 – Əməkdar elm xadimi, filosof alim, professor Cəmil Teymur oğlu Əhmədli (1931–2010) Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub.

1931 – Xalq artisti, opera müğənnisi (bariton) Mürsəl Tağı oğlu Bədirov (1931 – 26.2.2003) Dərbənd şəhərində doğulub. 1956-cı ildən Akademik Opera və Balet Teatrının solisti olub.

1932 – Bəstəkar, Azərbaycan musiqi tarixində ilk romansların müəllifi Asəf Zeynalabdin oğlu Zeynallı (5.4.1909 – 1932) vəfat edib. Tamaşalara musiqi bəstələyib, Azərbaycanda uşaq musiqisi repertuarının əsasını qoyub, xalq mahnılarını nota alıb.

1937 – İctimai xadim, diplomat, publisist Ramiz Abutalıb oğlu Abutalıbov Ordubad şəhərində doğulub. UNESCO-da çalışıb, 1992–2004-cü illərdə Azərbaycanın təşkilatda daimi nümayəndəsi olub.

1937 – Xalq artisti, tanınmış diktor Sabir Məmməd oğlu Ələsgərov anadan olub.

1939 – Şair, dramaturq, tərcüməçi Əməkdar incəsənət xadimi Alla Axundova Moskvada doğulub. “Şərikli çörək”, “Alma almaya bənzər” və s. filmlərin ssenari müəllifidir.

1945 – Kinorejissor, Əməkdar mədəniyyət işçisi Akif Zəbi oğlu Rüstəmov Bakıda doğulub. “Azərbaycanfilm”də 40-dək ekran əsərində rejissor kimi çalışıb. “Axırıncı dayanacaq” bədii filminə quruluş verib.

1950 – Xalq artisti, dirijor Ağaverdi Ağaəli oğlu Paşayev Bakıda anadan olub. F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, ansamblın nəzdində Xalq çalğı alətləri orkestrinin bədii rəhbəri, Milli Konservatoriyanın professorudur.

1966 – Azərbaycan SSR Nazirlər Soveti yanında Mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən Baş idarə yaradılıb. Mətbuat və nəşriyyat işində senzuranı həyata keçirən orqan (“Qlavlit”) SSRİdə müxtəlif adlar altında 1922-ci ildən fəaliyyət göstərmişdi. Prezident Heydər Əliyevin 6 avqust 1998-ci il tarixli fərmanı ilə Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub. 

1972 – Əməkdar artist Dilarə Hasil qızı Əliyeva Sumqayıtda doğulub. İrəvan Azərbaycan Dövlət Dram Teatrında çalışıb, film və televiziya tamaşalarına çəkilib.

1976 – Əməkdar artist Səbuhi Tahir oğlu İbayev anadan olub. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının, Beynəlxalq Muğam Mərkəzinin solistidir.

1977 – Xalq artisti, müğənni Miri Yusif (Mir Yusif Mir Heydər oğlu Mirbabayev) Bakıda anadan olub. Estrada musiqisinin müxtəlif janrlarında oxuyur, filmlərə çəkilib.

1992 – Milli Məclis “Azərbaycan Respublikasının bayramları haqqında” qanun qəbul edib. Qanuna əsasən, Novruz, Qurban və Ramazan bayramları rəsmi şəkildə qeyd olunmağa başlanıb.

2001 – Prezident Heydər Əliyev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı, ictimai xadim Mirzə İbrahimovun 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

2006 – Prezident İlham Əliyev görkəmli xalçaçı-rəssam Lətif Kərimovun 100 illik yubileyi haqqında sərəncam imzalayıb.

2015 – Prezident İlham Əliyev Şəki şəhərində Xalq şairi Bəxtiyar Vahabzadənin ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Şəki şəhərində Bəxtiyar Vahabzadənin ev-muzeyi 2018-ci il avqustun 31-də açılıb.

28 OKTYABR 

1911 – Xalq yazıçısı, dramaturq, akademik, Sosialist Əməyi Qəhrəmanı Mirzə Əjdər oğlu İbrahimov (1911 – 17.12.1993) Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olub. 1918-ci ildə ailəsi ilə Bakıya gəlib. “Gələcək gün”, “Böyük dayaq” və s. romanların, povest və hekayələrin, “Həyat”, “Kəndçi qızı” və s. pyeslərin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin sədri (1954–1958) olub, Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edib.

1938 – Azərbaycan SSR Xalq Maarif Komissarlığının əmri ilə Dövlət Musiqili Komediya Teatrı (Azərbaycan və rus truppası) yaradılıb. 1948-ci ildə teatrların özünümaliyyələşdirməyə keçməsi ilə bağlı fəaliyyətini dayandırıb. 1956-cı ildə fəaliyyətini bərpa edib. 2013-cü ildə Azərbaycan Dövlət Musiqili Teatrı adlandırılıb, 2019-cu ildə teatra “Akademik” statusu verilib.

1957 – Tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Musa Cəfər oğlu Qasımlı Yardımlı rayonunun Hamarkənd kəndində doğulub. AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatıdır.

1960 – Əməkdar mədəniyyət işçisi Mehman Qəhrəman oğlu Nadirov anadan olub. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında çalışır.

1961 – Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Mehdi Hüseynin “Alov” pyesinin ilk tamaşası (rejissor Mehdi Məmmədov) olub.

1980 – Bakıda yazıçıların Ümumitifaq yaradıcılıq konfransı başlayıb. Sovet İttifaqının 60-dan çox xalqının ədəbiyyat xadimlərinin qatıldığı konfrans 31 oktyabradək davam edib.

29 OKTYABR

1935 – Şair, dramaturq Əvəz Mahmud Lələdağ (Əvəz Cəlal oğlu Mahmudov) Zəngəzur mahalının Ağdü kəndində anadan olub. Kitabları: “Dağlar marala qaldı”, “Ömür payı” və s.

1937 – Görkəmli dirijor, Xalq artist, professor Rauf Canbaxış oğlu Abdullayev anadan olub. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijorudur. Azərbaycan Dövlət Opera və Balet Teatrının, Ankara Dövlət Opera və Balet Teatrının (1990–1995) baş dirijoru işləyib.

1941 – Xalq artisti Ağaxan Əli oğlu Salmanlı Bakıda anadan olub. Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Televiziya tamaşalarında çəkilib. Uşaqlar üçün pyeslərin müəllifidir, bir neçə tamaşaya quruluş verib.

1949 – Tanınmış aktyor Şahin Cəbrayılov (1949 – 5.9.2007) anadan olub. Akademik Milli Dram Teatrında çalışıb. Televiziya tamaşalarında, filmlərə (“Yol əhvalatı”, “Qızıl uçurum”) çəkilib.

1983 – Əməkdar artist Tamilla Faiq qızı Məmmədzadə Bakıda anadan olub. Akademik Opera və Balet Teatrının balet artistidir.

1996 – Naxçıvanda Hüseyn Cavidin məqbərəsinin açılış mərasimi keçirilib. Məqbərə Prezident Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Abidənin layihə müəllifi Əməkdar memarı Rasim Əliyev, heykəltəraşı Xalq rəssamı Ömər Eldarovdur.

2012 – Bakıda Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsi başlayıb. Noyabrın 3-dək davam edən sənət yarışmasında 14 ölkədən vokalçılar iştirak edib.

2013 – Prezident İlham Əliyev Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinə aid Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Qədim yaşayış məskəninin 2800 illiyi ilə bağlı mərasim Mədəniyyət və Turizm Nazirliyi, AMEA və rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2014-cü il oktyabrın 24-də keçirildi.

30 OKTYABR

1880 – Məşhur tarzən, Xalq artisti Qurban Bəxşəli oğlu Pirimov (1880 – 29.8.1965) Şuşa qəzasının Abdal-Gülablı (indiki Ağdam rayonu) kəndində doğulub. Xanəndə Cabbar Qaryağdıoğlu və kamançaçı Saşa Oqanezaşvili ilə birlikdə yaratdığı muğam üçlüyündə 20 ilə yaxın fəaliyyət göstərib. 1920-ci ildən Opera və Balet Teatrının solisti olub.

1907 – Jurnalist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Adil Ələddin oğlu Əfəndiyev (1907–1973) Bakıda doğulub. Respublika Jurnalistlər Birliyinin ilk sədri olub. Rusca-azərbaycanca üçcildlik lüğətin tərtibçisidir, rus və Avropa yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə edib.

1919 – Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti “Mətbuat haqqında Nizamnamə” qəbul edib. Nizamnaməyə görə, mətbu orqanların açılması üçün hökumətin razılığı tələb olunmurdu. Mətbu orqan yalnız məhkəmənin qərarı əsasında məsuliyyətə cəlb oluna bilərdi.

1928 – Tanınmış sənətşünas alim, akademik Rasim Səməd oğlu Əfəndiyev (1928 – 13.2.2010) Qazaxda doğulub. “Azərbaycan dekorativ-tətbiqi sənəti”, “Azərbaycanın bəzək sənəti”, “Azərbaycan daş plastikası” kitabları xarici dillərə tərcümə olunub. AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləyib.

1941 – Televiziya rejissoru, Əməkdar incəsənət xadimi Oqtay Ələkbər oğlu Babazadə anadan olub. Azərbaycan Televiziyasında lentə alınan musiqili, sənədli filmlərin müəllifidir.

1943 – Xalq rəssamı, görkəmli qrafika ustası Arif Şahbaz oğlu Hüseynov Bakıda anadan olub. Azərbaycan nağıllarına, M.Ə.Sabirin “Hophopnamə”sinə, bir çox nəşrlərə illüstrasiyaların , Novruz mövzusunda silsilə əsərlərin müəllifidir. Moskva, Praqa, Tokio, Ankara və s. şəhərlərdə sərgiləri keçirilib.

1946 – Əməkdar rəssam Rəsul İsmayıl oğlu Hüseynov Gəncə şəhərində anadan olub. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində, Almaniya Müasir İncəsənət Muzeyində saxlanılır.

1948 – Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Məmməd oğlu Əmirli Ağdam rayonunun Novruzlu kəndində doğulub. Povest və romanların, “Köhnə ev”, “Mesenat”, “Varlı qadın”, “Şah Qacar” və s. pyeslərin müəllifdir. 

1956 – Əməkdar mədəniyyət işçisi Rasim Şərəfəddin oğlu Salmanov anadan olub. Azərbaycan Dövlət Film Fondunun direktorudur.

1973 – Əməkdar artist Ruslan Barat oğlu Hüseynov anadan olub. “Cəngi” etnocaz qrupunun üzvüdür.

1980 – Bakıda respublika “Kitab evi”nin açılışı keçirilib.

1981 – Əməkdar artist Tural Nüsrət oğlu Nəcəfov Naxçıvan şəhərində doğulub. Naxçıvan Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəridir.

1997 – Azərbaycan yazıçılarının X qurultayı keçirilib. Prezident Heydər Əliyev qurultayda çıxış edib.

2005 – Xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadə (21.7.1950 – 2005) vəfat edib.

2018 – Sumqayıt Dövlət Dram Teatrının 50 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2018-ci il tarixli sərəncamına əsasən qeyd olunub.

31 OKTYABR

1910 – Əməkdar artist Ağa Əsgər oğlu Məmmədov (1910–1973) Cənubi Azərbaycanın Ərdəbil şəhərində doğulub. Tifis Azərbaycan Dram, Gəncə Dövlət Dram teatrlarının aktyoru olub.

1920 – Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanovun imzaladığı dekret ilə respublika ərazisindəki bütün kitabxanalar Xalq Maarif Komissarlığının sərəncamına verilib. Bakı şəhərində olan 11 kitabxana dövlətin sərəncamına keçib.

1930 – Azərbaycan Yazıçılar Cəmiyyətinin “Hücum” jurnalının ilk nömrəsi çapdan çıxıb.

1940 – Bəstəkar, musiqişünas Nərgiz Mahmud qızı Şəfiyeva Bakıda anadan olub.

1947 – Əməkdar rəssam Elşən Əbülfət oğlu Hacızadə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimidir.

1955 – Əməkdar incəsənət xadimi, bəstəkar Cahangir Oqtay oğlu Zülfüqarov Bakıda doğulub. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının musiqi hissə müdiridir.

1962 – Əməkdar mədəniyyət işçisi Kazım Qasım oğlu Qasımov anadan olub. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının direktorudur.

1963 – Bəstəkar, dirijor, Əməkdar incəsənət xadimi Nadir Nəriman oğlu Əzimov anadan olub.

1969 – Əməkdar artist Mələk Fuad qızı Abaszadə anadan olub. Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisasıdır, filmlərə çəkilib.

1992 – Ankarada türkdilli ölkələrin (Türkiyə, Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) dövlət başçılarının birinci Zirvə toplantısı (29–31 oktyabr) başa çatıb. Sammitdə türkdilli ölkələrin müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində əməkdaşlığına dair Ankara bəyannaməsi qəbul olunub.

2012 – Bakıda görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün abidəsinin (heykəltəraş – Akif Əsgərov) açılışı keçirilib. Mərasimdə Prezident İlham Əliyev iştirak edib.

2013 – Heydər Əliyev Mərkəzində III Bakı Beynəlxalq Humanitar Forumunun açılışı keçirilib. 70 ölkədən nümayəndələrin qatıldığı Forum noyabrın 1-də başa çatıb.

2018 – Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.