02.12.2021
Cəbrayıl rayon Böyük Mərcanlı kənd Uşaq incəsənət məktəbində Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə mədəniyyət işçiləri, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısının müavini Fəridə İbayeva və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Cəbrayıl Rayon Komitəsinin sədri Vasif Quliyev iştirak etmişlər.