30.03.2018
30 mart 2018-ci il tarixdə Salyan rayon MKS-nin Uşaq şöbəsinin təşkilatçılığı ilə 1918-ci il 31 Mart Azərbaycanlıların soyqırımının 100-cü ildönümünün keçirilməsi ilə əlaqədar “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” başlığı altında məktəblilərlə birlikdə tədbir keçirildi. Tədbiri giriş sözü ilə şöbə müdiri açaraq 1918-ci ildə mart-aprel aylarında Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda , Salyanda və Azərbaycanın başqa bölgələrində xalqımızın başına gətrilən amansız müsibətlərdən, xüsusi qəddarlıqla həyata keçrilmiş cinayətlərdən söz açdı.