10.12.2021
09 dekabr 2021-ci il tarixdə Cəbrayıl Rayon Mədəniyyət Evində Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Biləsuvar Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi Xanlar Zamanov, Cəbrayıl Rayon Mədəniyyət Evi və kənd klublarının işçiləri, Böyük Mərcanlı kənd Uşaq incəsənət məktəbinin və İ.Tahirov adına Mehdili kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak etmişlər.