30.03.2018
30.03.2018-ci il tarixdə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində 31 Mart Soyqırımının 100 illiyi ilə əlaqədər olaraq “1918 - 2018 Soyqrımı 100 il” adlı tədbir keçirildi. Tədbiri giriş sözü ilə Heyər Əliyev Mərkəzinin əməkdaşları V.Qəmbərli və F.Xanhüseynli açmışdır.Tədbirdə Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsinin əməkdaşları, rayon məktəbliləri və müəllimlər iştirak edib. Öncə tarixə baxış adı altında şagirdlərlə sorğu sual aparıldə və daha sonra V.Qəmbərli çıxış edərək qeyd etdi ki, 1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir. Mart Soyqırımı və ya Mart Hadisələri -1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın, rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.
Sonda faciə ilə əlaqədar olaraq məktəblilərə video film və rəsm sərgisi nümayiş edildi.