02.06.2022
V.Mustafazadə adına 2 nömrəli Bakı şəhər Uşaq incəsənət məktəbində Biləsuvar Regional Mədəniyyət İdarəsinin və Cəbrayıl şəhər Uşaq musiqi məktəbinin təşkilatçılığı ilə "Şuşa ili" çərçivəsində "Vətənimdir Azərbaycan" adlı konsert proqramı təşkil edilmişdir. Tədbirdə millət vəkili Ceyhun Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Əlisultan Sadıxov, şəhid valideynləri, qazi, müharibə veteranları və digər qonaqlar iştirak etmişlər.