08.06.2022
Biləsuvar Rayon Heydər Əliyev Mərkəzində “Azərbaycan dövlətinin xilaskarı” adlı dəyirmi masa keçirilmişdir. Mərkəzinn əməkdaşı Zahidə Heydərzadə müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xidmətlərindən söz açaraq bildirdi ki, dövlətimizin əldə etdiyi bugünkü uğurların bünövrəsi məhz Heydər Əliyevin fəaliyyətdə olduğu dövrdə qoyulmuşdur. Ulu öndərin hazırlayıb həyata keçirdiyi strateji xətt bu gün də uğurla davam etdirilir.