Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Mən oxudum, sən də oxu”

30.04.2018

Salyan rayon Mərkəzi Kitabxanada "Açıq kitabxana” layihəsi davam edir.Lahiyənin əsas məqsədi oxucuların və bütün vətəndaşların sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaratmaqdır.Buda ondan irəli gəlir ki, kitaba olan maraq artır və oxucular bu layihə çərçivəsində istədikləri kitabı oxumaq imkanı əldə edirlər.
“Açıq kitabxana”da “Mən oxudum, sən də oxu” devizi altında “Kitabı kitaba dəyişmə”, "Gəl birlikdə oxuyaq", "Ata mənə kitab al!" və s. belə başlıqlar altında guşələr də fəaliyyət göstərir. Burada hər bir vətəndaşa artıq özünün mütaliə etdiyi kitabı gətirərək həmin guşəyə təhvil vermək və əvəzində mütaliə etmədiyi kitabı apararaq özünün iş və yaşayış yerində mütaliə etmək imkanı yaradılmışdır.