14.06.2024
Şirvan şəhər Heydər Əliyev Mərkəzi, Şirvan Tarix-Diyarşünaslıq Muzeyi və Salyan rayon Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə keçirilən tədbirlərdə dahi liderin və qəhrəman şəhidlərimizin əziz xatirəsi anılıb, Dövlət Himni səsləndirilib. Tədbirlərdə müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışılıb. Qeyd olunub ki, 1993-cü ilin 14 iyun tarixində ulu öndərin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən xilas edib, davamlı inkişafımızın təməlini qoyub. Tədbirlərdə həmçinin dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə ölkəni, dövlətçiliyimizi məhvə doğru aparan qaragüruh qüvvələrdən necə xilas etməsi, ölkədə vətəndaş müharibəsinə son qoyması, ərazilərimizin işğalının qarşısını alıb, iki ölkə arasında atəşkəsə nail olması diqqətə çatdırılıb. Vurğulanıb ki, bu gün Azərbaycan yeni uğurlara imza atır. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır.