Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid Anar Vəlizadə doğum günündə xatırlandı

03.07.2024

Salyan rayon Heydər Əliyev Mərkəzində Vətən müharibəsi şəhidi Anar Vəlizadənin anadan olmasının 30 illik yubileyinə həsr olunan xatirə gecəsi keçirilib.

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, rayon rəsmiləri, şəhid ailələri, qazilər, ziyalılar, mədəniyyət və təhsil işçilərinin iştirak etdiyi gecədə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib, Anar Vəlizadənin xatirəsinə həsr olunan film nümayiş etdirilib.

Çıxış edən natiqlər şəhid Anar Vəlizadənin keçdiyi qısa, lakin şərəfli ömür yolundan söz açıblar. Bildirilib ki, Salyanın Cəngən kəndində anadan olan Daxili Qoşunların baş çavuşu Anar Vəlizadə Vətən müharibəsinin ilk günlərindən qanlı savaşlara atılaraq, Füzuli, Cəbrayıl, Qubadlı və Şuşayadək döyüş yolu keçib. O, dəfələrlə yaralansa da yenidən cəbhəyə qayıdır və düşmənin yüzlərlə canlı qüvvəsi və texnikasını məhv edir. Şuşa fatehi Anar Vəlizadə 7 noyabr 2020-ci ildə elə Şuşa şəhəri uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır. Tədbirdə Salyan rayon Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərlik ruhunda mahnılar ifa olunub, şeirlər səsləndirilib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Anar Vəlizadə Salyan rayon Mədəniyyət Mərkəzinin əməkdaşı Zenfira Vəliyevanın oğludur.