01.08.2024
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi və Biləsuvar rayon Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə 1 Avqust - Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, yazıçı Əhməd Qala və mədəniyyət nümayəndələri iştirak edib. Çıxış edənlər ana dilimizin saflığından və inkişaf yolundan söhbət açıblar.
Şirvan şəhər Mərkəzi Kitabxanası və "Dədə Qorqud" klubunun birgə təşkilatçılığı ilə keçirilən "Ana dilim şirindir" adlı tədbirdə isə Azərbaycan dilinin inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapmasından danışılıb.