01.08.2024
Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü mədəniyyət müəssisələrində
Biləsuvar rayon Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan dilinin dünya dilləri səviyyəsində tanınması, dövlətin dilçilik sahəsinə göstərdiyi diqqət və qayğıdan danışılıb.
Salyan Tarix-Diyarşünaslıq Muzeyi və Azərbaycan Yazıçılar Birliyi Muğan bölməsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə isə Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli, Məhəmməd Füzuli yaradıcılığının tədqiqatçısı, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Oqtay Sarıcallı, rayon rəsmiləri, söz adamları və ziyalılar iştirak edib. Tədbirdə çıxış edən natiqlər Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının əhəmiyyətindən söz açıblar.