25.09.2024
Tədbir Biləsuvar Dövlət Rəsm Qalereyası və Heydər Əliyev Mərkəzinin birgə əməkdaşlığı ilə həyata keçirilib. Plener-sərgidə Rəsm Qalereyasının dərnək üzvləri, Biləsuvar Şəhər Uşaq İncəsənət Məktəbi və Xırmandalı kənd Uşaq İncəsənət Məktəbinin rəssamlıq şöbəsinin şagirdləri iştirak ediblər. Sərgiyə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov da qatılıb və sərgi əsərləri ilə tanış olub.
Tədbir zamanı gənc rəssamlar Heydər Əliyev parkının mənzərələrini kağız və kətan üzərinə köçürüblər. Bu, şagirdlərə öz yaradıcılıq bacarıqlarını təkmilləşdirmək və maraqlı əsərlər yaratmaq imkanı verib.