27.09.2024
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq-mühafizə orqanlarının nümayəndələri, YAP Biləsuvar rayon təşkilatının rəhbərliyi və ictimaiyyət nümayəndələri, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsini anmaq məqsədilə Biləsuvar rayon Mərkəzi Parkında yerləşən Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində qəhrəmancasına şəhid olan vətən övladlarının əziz xatirəsi yad olunub, abidə kompleksinin önünə tər çiçəklər qoyulub, dualar oxunub. Şəhidlərimizə olan dərin ehtiram və minnətdarlıq bir daha vurğulanıb.