07.11.2024
Biləsuvar rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, YAP Biləsuvar rayon təşkilatı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayon nümayəndəliyi və QMƏVŞA İctimai birliyinin Biləsuvar rayon filialının dəstəyi ilə həyata keçirilən tədbirdə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini Emin Mustafayev, Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cavid Mahmudovun atası Hilal Mahmudov, Vətən Müharibəsində rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Rahət İsayevin atası Rafət İsayev, qazilər, mədəniyyət, təhsil işçiləri və gənclər iştirak edib. İlk olaraq ulu öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Çıxış edənlər torpaqlarımızın işğaldan azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqlardan söhbət açıblar.
Zəfər Gününə həsr olunan videoçarx nümayiş etdirilib.
Tədbirin sonunda Biləsuvar rayon Mədəniyyət Mərkəzinin əməkdaşlarının , rayon məktəblilərinin ifasında ədəbi-bədii kompozisiya və vətənpərvərlik ruhunda mahnılar səsləndirilib.