Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

”Tanrı quşu gəlmədi” tamaşası Biləsuvarda

18.11.2024

Noyabrın 18-də Biləsuvar rayonunda Lənkəran Dövlət Dram Teatrının truppasının ifasında "Tanrı quşu gəlmədi" tamaşası nümayiş olunub.

 

Biləsuvar rayon Mədəniyyət Mərkəzində nümayiş olunan tamaşanı Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, idarə və müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri izləyiblər.

 

Yazıçı-dramaturq Cavid Zeynallının eyniadlı dramı əsasında hazırlanan tamaşada mənəvi xilasını keçmişdə, uşaqlığında axtaran Süleyman Əfəndiyevin faciəvi həyatından bəhs edilir. 

 

Yeni yaradıcılıq işində rollarda Xalq artisti Qabil Quliyev, aktyorlar Qızılgül Quliyeva, Saleh Əzimzadə, Gülər Kərimova, Elçin Hacı, Əlizamin Abbasov və İmaməli Əsgərov çıxış ediblər.

Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Aydan Əliyevadır. 

 

#ŞirvanSalyanRMİ #Biləsuvar #teatr #tamaşa