19.11.2024
19.11.2024-cü ildə Lənkəran Dövlət Dram Teatrının kollektivi Salyan rayonunda qastrol səfərdə olublar.
Yazıçı-dramaturq Cavid Zeynallının "Tanrı quşu gəlmədi" pyesi əsasında hazırlanmış eyniadlı tamaşa Salyan Dövlət Kukla Teatrında nümayiş olunub.
Tamaşanı Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin baş məsləhətçisi (Salyan rayonu üzrə) Şamxal Əhmədov, YAP Salyan rayon təşkilatının sədr müavini Aqşin Babayev, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri izləyiblər.
Tamaşanın quruluşçu rejissoru Anar Babalı, quruluşçu rəssamı Tərlan Sadıqov, bəstəkarı Aydan Əliyeva, rejissor köməkçisi Nuranə Nəcəfovadır.
Tamaşada xalq artisti Qabil Quliyev (Süleyman), aktyorlar Qızılgül Quliyeva (Lamət), Saleh Əzimzadə (Mustafa), Gülər Kərimova (Aynur), Elçin Hacıyev (Toğrul), Əlizamin Abbasov (Bəxtiyar), İmaməli Əskərov (Barış) iştirak ediblər.
Tamaşa izləyicilər tərəfindən gur alqışlarla qarşılanıb.