Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qrafik dizayn kursunu bitirən işçilərə sertifikatlar təqdim olunub

29.11.2024

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə keçirilən Qrafik dizayn kursunu müvəffəqiyyətlə başa vuran əməkdaşlara sertifikatlar təqdim edilib. Sertifikatlar Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov tərəfindən təqdim olunub.

 

Kursun keçirilməsində əsas məqsəd İdarənin tabeliyində olan müəssisələrin işçilərinin qrafik dizayn bacarıqlarını inkişaf etdirmək və bu biliklərin iş prosesində tətbiqini təmin etmək idi.

 

Tədris proqramı Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin kompüter üzrə mütəxəssisi Vüsal Məmmədov tərəfindən aparılıb və kurs 3 ay davam edib.

 

Qeyd edək ki, kursun Biləsuvar rayon Heydər Əliyev Mərkəzində davam etdirilməsi nəzərdə tutulub.

 

Tədbir zamanı 40 ildən artıq mədəniyyət sahəsində fəaliyyət göstərən Adil Əhmədova Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən verilən “Əmək veteranı” vəsiqəsi də təqdim olunub.