Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət müəssisələrində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbirlər keçirilib

07.03.2025

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzləri, Dövlət Rəsm Qalereyaları, Mərkəzləşdirilmiş Kitabxana Sistemləri, Tarix-Diyarşünaslıq Muzeyləri, Mədəniyyət Mərkəzləri, Musiqi və İncəsənət məktəblərində 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunan sərgi, tədbir, dəyirmi masa və konsert proqramları təşkil olunub. 

Tədbirlərdə Azərbaycan xanımlarının ölkənin inkşafında danılmaz rolundan bəhs olunub. Bildirilib ki, Azərbaycan qadını milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında və nəsildən-nəsilə çatdırılmasında daim fədakarlıqlar göstərib, xalqımızın hazırkı mədəni simasının müəyyənləşməsində müstəsna rol oynayıb.

Mədəniyyət sahəsində fəal iştirakına görə bəzi müəssisələrdə xanımlar fəxri fərmanlarla təltif olunub.