13.03.2025
Neftçala Dövlət Rəsm Qalereyasında Mirzə Qədim İrəvaninin anadan olmasının 200 illiyinə həsr olunan sərgi təşkil olunub.
Sərgidə Azərbaycanın görkəmli rəssamı, dekorativ-tətbiqi sənət ustası Mirzə Qədim İrəvaninin çəkdiyi rəsmlərin fotoları, rəssamın sulu boya ilə çəkilmiş portreti və illüstrasiyalar yer alıb.
Sərginin əsas məqsədi İrəvani irsini daha geniş auditoriyaya çatdırmaq, onun Azərbaycan təsviri sənətinə verdiyi töhfələri vurğulamaq və gələcək nəsillərə tanıtmaqdır.