31.03.2026
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət müəssisələrində 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan silsilə tədbirlər keçirilib. Tədbirlər çərçivəsində anım mərasimləri, dəyirmi masalar və sərgilər təşkil olunub.
Tədbirlərdə əvvəlcə soyqırımı zamanı faciəli şəkildə qətlə yetirilən soydaşlarımızın, eləcə də Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda bildirilib ki, 31 Mart soyqırımı təkcə tarixi hadisə deyil, xalqımızın yaddaşında dərin iz buraxan faciə olmaqla yanaşı, milli həmrəyliyin və vətənpərvərlik ruhunun formalaşmasında mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, bu cür tədbirlər gənc nəslin tariximizi daha dərindən öyrənməsi və milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsi baxımından xüsusi önəm daşıyır.
Sonda 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan videoçarx nümayiş etdirilib.