Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mayın 22-də Salyanda “Sarvan və sarvanlılar” kitabının təqdimat mərasimi keçirilib

25.05.2026

“Qızıl qələm” media mükafatı laureatı, “Ana Kür” ədəbi məclisinin və “Turan” ədəbi birliyinin sədri Firdovsi Sarvanlı və tarixçi-müəllim Firdovsi Tağıyevin müəllifi olduqları “Sarvan və sarvanlılar” adlı kitabın təqdimat mərasimi keçirilib.

Salyan rayon Mərkəzi Kitabxanasında təşkil olunan tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və ədəbiyyatsevərlər iştirak ediblər.

Çıxış edənlər bildiriblər ki, kitabda Sarvan kəndinin zəngin tarixi keçmişi, görkəmli şəxsiyyətləri, folkloru, təhsil ənənələri və ictimai həyatı barədə ətraflı məlumatlar öz əksini tapıb. Nəşrin hazırlanması zamanı arxiv materialları və müxtəlif tarixi mənbələr əsasında geniş araşdırmalar aparıldığı diqqətə çatdırılıb. Vurğulanıb ki, 200 tirajla çap olunan kitab Sarvan kəndinin tarixi yaddaşının qorunub saxlanılması və milli-mənəvi irsin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.