04.06.2026
İyunun 4-də Hacıqabul şəhər Uşaq Musiqi Məktəbində müəllim və şagirdlərin iştirakı ilə "İlin yekun akkordları" adlı hesabat konserti keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, akademik Rafael Hüseynov, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Saleh Ələsgərov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov, mədəniyyət işçiləri və valideynlər iştirak ediblər.
Çıxışlarda gənc nəslin milli-mənəvi dəyərlər ruhunda formalaşmasında, istedadlı uşaqların üzə çıxarılmasında və onların yaradıcılıq potensialının inkişaf etdirilməsində musiqi məktəblərinin mühüm rol oynadığı qeyd olunub. Həmçinin məktəbin fəaliyyətinin regionun mədəni həyatına verdiyi töhfə yüksək qiymətləndirilib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulanıb.
Konsert proqramında məktəbin müəllim və şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Sonda Hacıqabul şəhər Uşaq Musiqi Məktəbinin direktoru Mehdiqulu Fərəcov 50 illik yubileyi və mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.